Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-578/2023 10.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Şəxs barəsində Mingəçevir şəhər Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM-in 100.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-nin 106.0.3-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi müəyyənləşdirir. Buna baxmayaraq, hazırki xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda yuxarıda qeyd olunan məlumatlar, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, bu halların protokolda göstərilməməsi, həmin protokolun natamamlığına dəlalət edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Eyni zamanda məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 103.2. maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İnzibati xəta haqqında işin materiallarından görünür ki, inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində xx.xx.2023-cü il tarixində inzibati xəta və inzibati qaydada tutma haqqında protokollar tərtib edilməsinə baxmayaraq, baxılması üçün hakimə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam tərtib olunduğuna görə onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Mingəçevir şəhər Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-578/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-578/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver