Məhkəmə qərarları › İş №3(051)-579/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-579/2022

06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-579/2022 06.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi İmanlı Banu Pənah qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3, İcra sənədi üzrə borclu Şəxs və vəkili Vəkil iştirakı ilə xx.xx.1983-cü ildə Ağdam rayon, Çullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuyan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı protokol tərtib edilərək məhkəməyə verilmişdir. Belə ki, Mingəçevir şəhər Məhkəməsinin MTT(051)-36/2022 saylı, 07 iyul 2022-ci il tarixli icra vərəqəsinə əsasən 08 iyul 2022-ci il tarixdən başlayaraq, 22 iyul 2010-ci il təvəllüdlü Eşqin və 27 yanvar 2012-cü il təvəllüdlü Fəridə və 09 may 2017-ci il təvəllüdlü Elgün adlı uşaqları ilə Zərərçəkmiş şəxs hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00dək görüşməsinə mane olmağı Şəxs qadağan edilmişdir. Nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı bildirdi ki, tələbkarla uşağın görüşü baş tutmuşdur. Lakin tələbkar uşağı saat 10:00 radələrində götürüb getmiş və bir daha xəbər verməmişdir. Dəfələrlə zəng etməyimizə və xəbər verməyimizə baxmayaraq zənglərimizə cavab vermir. Sonuncu dəfə məhkəmə iclasına gəlməsi barədə zəng edilən zaman iclasa gəlməyəcəyini bildirdi. Hesab edir ki, borclu öz vəzifəsini yerinə yetirmişdir, ancaq tələbkar öz hüquqlarından sui-istifadə etmişdir. Odur ki, inzibati xəta haqqında protokola xitam verilməsi üçün əsaslar mövcuddur. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, razılığa əsasən uşaqla tələbkarın görüşünü təmin etmişdir. Ancaq həmin gün saat 10:00 radələrində polis şöbəsinin qabağında uşağı tələbkar verdim, onlar birgə sahilə getdilər. Sonra tələbkara uşağın məşğələsi olduğu üçün saat 6-da geri qaytarmasını tələb etdikdə, onu geri qaytarmayacağını bildirdi. Polis uşağın nənəsinə, yəni tələbkarın anasına zəng edəndə uşağı qaytarmayacaqlarını bildirib. Qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs vəkili Vəkil borclunun izahatına uyğun izahat verdi və iş üzrə icraata xitam verilməsinin xahiş etdi. X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin MTT(051)-36/2022 saylı, 07 iyul 2022-ci il tarixli icra vərəqəsinə əsasən 22 iyul 2010-ci il təvəllüdlü Eşqin və 27 yanvar 2012-cü il təvəllüdlü Fəridə və 09 may 2017-ci il təvəllüdlü Elgün adlı uşaqları ilə Zərərçəkmiş şəxs hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək görüşməsinə mane olmağı Şəxs qadağan edilmişdir. İşə əlavə olunmuş 08 iyul 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 08 iyul 2022-ci il tarixdə icraatına daxil olmuş Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilmiş MTT(051)- 36/2022 saylı, 07 iyul 2022 tarixli icra sənədi üzrə icraata başlamışdır. İşə əlavə olunmuş 08 iyul 2022-ci il tarixli tələbin könüllü icrası barədə Bildirişdən görünür ki, Şəxs 08 iyul 2022-ci il tarixli qərarla icraata başladığı Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilmiş MTT(051)-36/2022 saylı, 07 iyul 2022 tarixli icra sənədində göstərilən tələbi dərhal icra etməsi tələb olunmuşdur. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müəyyən olunmuş vaxtda uşaqları Zərərçəkmiş şəxs ilə görüşdürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Şəxs öhdəliyindən qəsdən imtina etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından borclu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəi barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər. HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar