Məhkəmə qərarları › İş №3(051)-579/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-579/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-579/2023 19.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu Məhkəmə iclas katibi X4, Barəsində inzibati tənbeh tətbiq edilmiş "xxxx" MMC-nin nümayəndəsi X2, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DÖvlət Yanğın Nəzarəti Xidməti X8 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DÖvlət Yanğın Nəzarəti Xidməti X8 Yanğın Nəzarəti İdarəsinin vəzifəli şəxsinin MN ******* nömrəli, 16 iyun 2023-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarından şikayətə baxaraq Müəyyənetdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DÖvlət Yanğın Nəzarəti Xidməti X8 Yanğın Nəzarəti İdarəsinin vəzifəli şəxsinin MN ******* nömrəli, 16 iyun 2023-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarına əsasən "xxxx" MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat miqdarında cərimə olunumşdur. "xxxx" MMC-nin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DÖvlət Yanğın Nəzarəti Xidməti X8 Yanğın Nəzarəti İdarəsinin vəzifəli şəxsinin MN ******* nömrəli, 16 iyun 2023-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarından şikayət vermişdir. Şikayətə baxılması 19 iyul 2023-cü il tarixə saat 15:13 təyin edlmişdir. Məhkəmə baxışında şikayət vermiş "xxxx" MMC-nin nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək şikayətlərindən imtina etdilər və barələrində tətbiq olunmuş inzibati xəta haqqında qərarın qanuni olmasını bildirdilər. Odur ki, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DÖvlət Yanğın Nəzarəti Xidməti X8 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X3 bildirdi ki, "xxxx" MMCdə yanğın texniki müayinə aşkar edilmiş yanğına qarşı nöqsanlar aşkar edldiyi üçün "xxxx" MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat miqdarında cərimə olunumşdur. Qərar qanunidir və ləğvi üçün heç bir əsaps yoxdur. Odur ki, məhkəmədən şikayətin təmin olunmamsı barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, izahatları dinləyib, hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinin tərkibi vardır. "xxxx" MMC-nin nümayəndəsi X2 şikayətlərindən imtina etməsinə qiymət verərək hesab edir ki, şikayət ətmin olunmamalıdır. Odur ki, "xxxx" MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3cü maddəsi ilə təqsirli bilinərək 800 manat miqdarında cərimə barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DÖvlət Yanğın Nəzarəti Xidməti X8 Yanğın Nəzarəti İdarəsinin vəzifəli şəxsinin MN ******* nömrəli, 16 iyun 2023-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinə görə inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldı: Barəsində inzibati tənbeh tətbiq edilmiş "xxxx" MMC-nin şikayəti təmin olunmasın. "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat miqdarında cərimə edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DÖvlət Yanğın Nəzarəti Xidməti X8 Yanğın Nəzarəti İdarəsinin vəzifəli şəxsinin MN ******* nömrəli, 16 iyun 2023-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar