Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-580/2022 07.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş protokola əsasən, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Anadolu Hospital”-da aparılan plandankənar YOXlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Şəxs MMC hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən "xxxx" prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Müəssisə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən ********** №-li VÖEN-lə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Lisenziya alınması üçün dəfələrlə aidiyyatı orqanlara rəsmi qaydada müraciət olunmuş, lakin hələ də müsbət cavab verilmir. Ona görə də müəssisə lisenziya almadan fəaliyyət göstərməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Anadolu Hospital”-da aparılan plandankənar YOXlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Bu fakt Səhiyyə Nazirliyi X3nin 01 avqust 2022-ci il tarixli 359 nömrəli plandankənar aktı ilə təsdiq edilir. Ona görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şahid Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X8 baş mütəxəssisi X1 Emin Akif oğlu ilə eyni məzmunlu izahat verərək, Şəxs MMC-yə məxsus “Anadolu Hospital”-da aparılan plandankənar YOXlama zamanı lisenziya olmadan fəaliyyət göstərməsi faktının aşkar olunduğunu bildirdi. İşdə olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini icra edən rəis müavini, baş vergi xidməti müşaviri Qüdrət Məmmədov tərəfindən AR Səhiyyə Nazirliyi “X3” X8 baş direktoru Murad Süleymanova ünvanlanmış qanunamüvafiq tədbirlər görülməsi barədə məktubdan görünür ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Mingəçevir şəhərində aparılmış monitorinqlər zamanı Mingəçevir şəhəri, ünvan 1 ünvanında sahəsi 1053.4 kvm olan Şəxs MMC-nin (VÖEN:**********) “Anadolu Hospital” adlı klinikasında xüsusi razılıq (lisenziya) almadan tibbi fəaliyyətlə məşğul olması faktı aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3nin 01 avqust 2022-ci il tarixli 359 nömrəli özəl tibb müəssisənin plandankənar (növbədənkənar) YOXlama aktından görünür ki, Şəxs MMC-yə məxsus “Anadolu Hospital” lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olur. İşdə olan MN ******* nömrəli 01 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Anadolu Hospital”-da aparılan plandankənar YOXlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs MMC-yə məxsus “Anadolu Hospital” ın özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün lisenziya tələb edildiyi halda, belə razılıq olmadan tibbi fəaliyyətlə məşğul olmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması işdə olan materiallarla təsdiq edilmişdir. İnzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və əməlində inzibati məsuliyyəti istisna edən hallar YOXdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş miqdarda cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-580/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-580/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver