Məhkəmə qərarları › İş №3(051)-580/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-580/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-580/2025 25.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X6, Zərərçəkmiş şəxs: X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs iştirakları ilə xx.xx.2001-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, 14:00 radələrində vətəndaş Şəxs iş yoldaşı olan Günel Qələdərova ilə qarşılıqlı olaraq bir-birlərini döymüşlər. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o X4 döyməmişdir. X2 onu döymüşdür. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, 14:00 radələrində işlədiyi "xxxx" Taksi Şirkətinin ofisində onu döyərək xəsarət yetirmişdir. Buna görə də o, DİN-in 102 xidmətinə və Mingəçevir ŞPŞ-yə məlumat vermişdir. Hal-hazırda Aytacdan şikayətçidir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o da "xxxx" Taksi Şirkətində operator vəzifəsində işləyir. Həmin gün Günel işdə olmamışdır. Sonradan Günel ofisə gələrək Aytacı oturduğu yerdə saçından tutaraq onu yerə yıxmışdır. Aytac isə Güneli vurmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi icra məmurunun izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan xx.xx.2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində AR İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Məhkəmə tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin 14 avqust 2025-ci il tarixli 288 saylı rəyindən görünür ki, X1 bazuda sıyrıq və qançır bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğundur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan 445 saylı ekspert rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi ekspertizasına və qərarda qoyulmuş suallara uyğun olaraq, bədənində aşkar edilmiş xəsarətlər sol əlin ikinci barmağının dırnaq qalanqasına sıyrığı məhdud təsir səthinə malik küt alət nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, 14:00 radələrində işlədiyi "xxxx" Taksi Şirkətində iş yoldaşı X4 döyərək xəsarət yetirməklə, ona qəsdən fiziki ağrı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Şahid ifadəsilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclası zamanı şahid X3 işlədikləri ofisə gələrək Şəxs oturduğu yerdə onu saçından tutub yerə yıxdığını, ibtidai araşdırma zamanı isə öz ifadəsində onların bir-birilə dalaşdıqlarını bildirmişdir. Buna görə də ifadəni ziddiyyətli hesab edərək onu sübut qismində qəbul etmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar