Məhkəmə qərarları › İş №3(051)-581/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-581/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-581/2022 19.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Şikayətçi Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin rəisi X1 nümayəndəsi Nümayəndə Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası ƏƏSM-nin DƏMX-nin Mərkəzi Aran regional şöbəsi Mingəçevir şəhər şöbəsinin nümayəndəsi X2 iştirakı ilə Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin rəisi X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası ƏƏSM-nin DƏMX-nin Mərkəzi Aran regional şöbəsi Mingəçevir şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin rəisi X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1600 (min altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin rəisi X11 Azərbaycan Respublikası ƏƏSM-nin DƏMX-nin Aran regional şöbəsi Mingəçevir şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSM-nin DƏMX-nin Mərkəzi Aran regional şöbəsi Mingəçevir şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1600 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, İnzibati xəta haqqında protokol tərtib edilərkən heç bir halda əsaslandırılmamış və qərar tərtib edilərkən mövcud olunmuş sənədlər tam araşdırılmamış, bu səbəbdən də qanunsuz qərar qəbul etmişdir. Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin rəisi X8 əməlində hər hansı bir inzibati xətanın tərkibi olmamışdır. Belə ki, əmək müqaviləsinə xitam verilən zaman işçi ilə son haqq-hesabın aparılması barədə qeyd nəzərdə tutulmuşdur. əmək qanunvericiliyinin tələbi olaraq işçiyə son olaraq 1105.86 manat iki aylıq müavinət tam şəkildə ödənilmişdir. Həmçinin inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan inzibati xəta haqqında protokolda nəzərdə tutulan digər maddəyə, yəni 192.6cı maddəyə əsasən şəxsin cərimə olunması əsassızdır. Belə ki, X6 xx.xx.2022-ci il tarixli əmrdə də göstərildiyi kimi, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti vərəqələrinin olmaması səbəbi ilə işə gəlməmişdir. Sonradan xx.xx.2022-ci il tarixli məlumatla onun 2-ci dərəcə əlliliyi müəyyən olunmuş və başqasının köməyinə ehtiyacı olmaqla, sağ aşağı ətrafın sorar oynağının amputasiyası məlumatı barədə rəy verilmişdir. Göstərilən bu əsasın əmk müqaviləsinə xitam verilməsi üçün əsas hesab olunur. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası ƏƏSM-nin DƏMX-nin Aran regional şöbəsi Mingəçevir şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin nümayəndəsi şikayətə uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası ƏƏSM-nin DƏMX-nin Mərkəzi Aran regional şöbəsi Mingəçevir şəhər şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında protokola uyğun izahat verdi və şikayətin təmin olunmaması və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu, xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini, şikayətçinin və orqanın nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin rəisi X11 Azərbaycan Respublikası İXM-in 192.4 və 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin rəisi X11 Azərbaycan Respublikası İXM-in 192.4 və 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1600 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin rəisi X11 tərəfindən verilmiş şikayətə, Azərbaycan Respublikası ƏƏSM-nin DƏMX-nin Aran regional şöbəsi Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş etirazdan görünür ki, inzibati protokol tərtib etmiş orqan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə 46№ Əmrdən görünür ki, AR ƏM-nin 74.1-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən X7 əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X10 barəsində ikinci dərəcə əlillik, özünə xidmət zamanı köməyə ehtiyac və xüsusi işlərdə işləyə bilməsinə dair rəy verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 957434 saylı, xx.xx.2021-ci il tarixli 957465 saylı, xx.xx.2021-ci il tarixli 957826 saylı, xx.xx.2021-ci il tarixli ******* saylı əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən hər dəfə 6 aydan az olmamaqla müxtəlif müddətlərdə əmək qabiliyyətini itmişdir. İşdə olan barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs tərəfindən Azərbaycan Respublikası ƏƏSM-nin DƏMX-nin Aran regional şöbəsi Mingəçevir şəhər şöbəsinin rəis müavini cənab Məmməd Bayramova ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Mingəçevir şəhər MTAİ tərəfindən 20 saylı Tibbi Sosial Ekspert X5 mühəndis vəzifəsini icra edə bilməsi barədə rəy göndərilməsi və X.Nəcəfovun həmin ünvana gəlməsi barədə məlumat verilməsinə baxmayaraq, X.Nəcəfovun ünvana gəlməməsi və hər hansı sənəd təqdim etməməsinin Mingəçevir şəhər MTAİ üçün hər hansı məsuliyyət yaratmadığına dair məlumat verilmişdir. İşdə olan "xxxx" ASC-dən olan benefisiardan da göründüyü kimi, işçiyə son olaraq 1105.86 manat ödəniş tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə İXM-nin 192.4-cü maddəsi ilə təqsirləndirilən Nizami İsmayılov barəsində qeyd edir ki, şəxsin həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasına dair əsas aradan qalxmışdır. Belə ki, işdə olan əmrdən görünür ki, son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyəşöbəsinə həvalə edilmiş və işçiyə son olaraq 1105.86 manat ödəniş tam şəkildə ödənilmişdir. Buna görə də şəxs barəsində İXM-nin 192.4-cü maddəsiylə başlanmış icraata xitam verilməlidir. Həmçinin Məhkəmə İXM-nin 192.6-cı maddəsi ilə təqsirləndirilən Nizami İsmayılov barəsində qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən yetərli sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, orqan tərəfindən qərar qəbul edilərkən Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi əmr verilərkən Tibbi-Sosial Ekspert Komissiyasından rəyin həqiqətən alinibalınması məsələsi araşdırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin rəisi X11 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X8 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.6cımaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin rəisi X1 nümayəndəsi Nümayəndə şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası ƏƏSM-nin DƏMX-nin Aran regional şöbəsi Mingəçevir şəhər şöbəsi tərəfindən, xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş, xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin rəisi X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1600 (min altı yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası ƏƏSM-nin DƏMX-nin Mərkəzi Aran regional şöbəsi Mingəçevir şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar