Məhkəmə qərarları › İş №3(051)-581/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-581/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-581/2023 12.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, 20 fevral 2074-cü ildə Ağdaş rayon, Orta Ləki kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Mingəçevir şəhəri Günəşli bağ massivində yaşayan olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 12 iyul 2023-cü il tarixdə, təxminənə saat 01.30 radələrində Mngəçevir şəhəri Şəfa və Günəşli bağ massivlərində oğurluq hadisələrində şübhəli bilinən Şəxs Şəfa bağ massivi 8-ci küçəsinin yuxarı hissəsində saxlanılıb şəhər polis şöbəsinə dəvət olunarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. Şəxs məhkəmə iclasında ona istinad olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, polis əməkdaşları onu polis şöbəsinə dəvət etsələrdə o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. Daha sonra Polis Şöbəsinə gətirilmiş və barəsində protokol tərtib edilmişdir. Əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanın ağırlaşdıran hal müəyyən olunmadı. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, belə ki, əvvəllər məhkum olunmasını, nəzərə alıb digər inzibati tənbehin tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli tutulduğu vavxtdan, yəni 12 iyul 2023-cü il tarixdən, saat 02:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar