Məhkəmə qərarları › İş №3(051)-582/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-582/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-582/2023 12.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Mingəçevir şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Ukrayna respublikasının Sovetski rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyarda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Puşkin küçəsinin kəsişməsində polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işin materiallarında olan sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı Mingəçevir şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Puşkin küçəsinin kəsişməsində xidmətdə olmuşlar. Həmin zaman 13 saylı məktəbin qarşısında bir nəfər şəxsin əlində uşaq velosipedi ilə özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim edən zaman həmin şəxs əlindəki velosipedi atıb qaçıb onlardan yayınmağa cəhd etmişdir. Onu nizam –ntizama dəvət etsələrdə o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Sonra onu Polis şöbəsinə dəvət etmişlər Polis şöbəsində həmin şəxsin ünvan 1 ünvanında yaşayan Şəxs olduğu məlum olmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı bildirdi ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Həliyev prospekti ilə Puşkin küçəsinin kəsişməsində 13 saylı məktəbin qarşısında əlində uşaq velosipedi ilə özünü şübhəli apardığını üçün polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları onu yoxlamaq istəyən zaman o əlindəki velosipedi atıb qaçmağa başlamışdır. Sonra yorulub dəyanmışdır. Polis əməkdaşları özlərini təqdim edib, polisin qanuni tələbinə tabe olmadığı üçün onu polis şöbəsinə dəvət ediblər. Əməlindən peşmandır. Odur ki, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 bildirdi ki, Şəxs velosiped oğurluğunda şübhəli bilinərək şöbəyə dəvət edilmiş, lakin o, imtina etmiş və tabesizlik göstərmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşin materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri ərazisində polisin qanunu tələbinə qəsdən tabe olmadığından, onun barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərərdaddan görünür ki, Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 02:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, inzibati qaydada tutulması haqqında protokol və özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, şəxsin əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını, xətanın idarəçilik qaydaları əleyhinə olan olduğunu və polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq qanuni tələblərinə tabe olmamasını və şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 02:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar