Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-583/2021 17.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Abdullayev Muraz İsmayıl oğlunun iştirakı ilə Abdullayev Muraz İsmayıl oğlunun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Abdullayev Muraz İsmayıl oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Abdullayev Muraz İsmayıl oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abdullayev Muraz İsmayıl oğlu məhkəmə iclası zamanı izahatında göstərdi ki, barəsində olan inzibati iş üzrə cəriməni və dəbbə pulunu ödədiyini nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün Abdullayev Muraz İsmayıl oğlu inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında qərarın icrasına xitam verilməlidir. Belə ki, işdə olan 05.03.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, həmin qərar Abdullayev Muraz İsmayıl oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi əsasında tərtib edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 28.06.2021-ci il tarixli DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Abdullayev Muraz İsmayıl oğlu 10 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməyə 6.0 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 16.0 manat inzibati cəriməsi yaranmışdır. Məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Abdullayev Muraz İsmayıl oğlu 10 manat cərimə, 6.0 manat dəbbə pulu, cəmi 16.0 manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, hazırda məhkəməyə təqdim edilmiş sənədlərə görə şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, işdə olan asan ödəniş qəbzindən görünür ki, Abdullayev Muraz İsmayıl oğlu EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilən müvafiq cəriməni və dəbbə pulunu, yəni 16 manat məbləğində inzibati cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim qərarın icrasına xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 446-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Abdullayev Muraz İsmayıl oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilsin. Azərbaycan Respublikası DİN-in Mingəçevir DYPB tərəfindən Abdullayev Muraz İsmayıl oğlunun barəsində çıxarılmış 05.03.2021-ci il tarixli EQ ******* saylı nömrəli, inzibati xəta haqqında iş üzrə qərarın icrasına xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-583/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-583/2021
17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver