Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-584/2025 12.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, "xxxx" ATSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 548.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli, 6-1-26/2-9677/2025 saylı məktubu ilə tələb edilən sənədləri (xx.xx.2025-ci il tarixli, 6-1-26/2-7195/2025 saylı məktubu ilə ASC-dən tələb edilən sənədlərin belə ki, 2024-cü ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları və həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlərin poçt tərəfindən təsdiq edən qəbz əlavə edilməklə) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2025-ci il tarixdə törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ATSC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikasının Mərkəzi Bankını nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli, 6-1-26/2-9677/2025 saylı məktubu ilə tələb edilən sənədləri (xx.xx.2025-ci il tarixli, 6-1-26/2-7195/2025 saylı məktubu ilə ASC-dən tələb edilən sənədlərin (2024-cü ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları və həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlərin (poçt tərəfindən təsdiq edən qəbz əlavə edilməklə) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İşdə olan 14 avqust 2025-ci il tarixli, 6-1-26/3-7717/2025 saylı xidməti məktubdan görünür ki, tələb olunan sənəd və məlumatlar bugünədək tələb edilən sənəd və məlumatlar cəmiyyət tərəfindən bugünədək banka təqdim edilməmişdir. İşdə olan ərizədən görünür ki, Səhmdar Cəmiyyətin Nizamnamələri, protokolların ümumi yığıncağının surəti, səhmdarların 2025-ci il üçün reyestrinin surətini təqdim edilməməsi səbəbindən Cəmiyyətin Nizamnaməsinin tələblərinin pozulması hesab olunmuşdur. İşdə olan AR Mərkəzi Bankının 11 iyul 2025-ci il tarixli və 29 may 2025-ci il tarixli məktublardan görünür ki, "xxxx" ATSC-dən 2024-cü ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları və həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlərin (poçt tərəfindən təsdiq edən qəbz əlavə edilməklə) təqdim etməsi üçün müvafiq olaraq 5 iş günü və 7 iş günü ərzində təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankından "xxxx" ATSC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub "xxxx" ATSC-nin rəsmi qeydiyyatda olan hüquqi ünvanına göndərilmiş və xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə "xxxx" ATSC-nin işçisi və mühafizəçi tərəfindən imza edilərək qəbul olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" ASC tərəfindən İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq İXM-in 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.2-ci və 107-1.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq çağırılmalıdır. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən 10 (on) gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra –Mərkəzi Bank) təqdim edilir. 2022-2023-cü illər üzrə səhmdarların ümumi yığıncaqlarının barədə məlumatı üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Azərbaycan Respublikasının İXM-in: 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Tərəfin izahatı, iş materialları ilə müəyyən olunur ki, əvvəlcədən məlumat verilməsinə baxmayaraq "xxxx" ATSC bu günədək (xx.xx.2025-ci il tarixli, 6-1-26/2- 7195/2025 saylı məktubu ilə ATSC-dən tələb edilən sənədlərin (2024-cü ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları və həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlərin (poçt tərəfindən təsdiq edən qəbz əlavə edilməklə) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və İXM-in 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə "xxxx" ATSN-nin İXM-in 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və İXM-in 18, 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ATSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-584/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-584/2025
12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver