Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-587/2024 04.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhəri Yol patrul xidməti inspektoru polis serjantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Tərtər rayonu, Kəngərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə Müəyyən etdi: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Şəxs, xx.xx.2024-cüil tarixdə “Mersedes C200 mnik” markalı, **-FT-*** nömrə nişanlı avtomobillə reyd zamanı saxlandığı vaxt avtomobili sərxoş vəziyyətdə idarə etdiyi aşkar olunmuşdur. Toplanmış sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddələrinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Mingəçevir şəhəri Yol patrul xidməti inspektoru polis serjantı X4 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, onların əlində görüntülər vardır. Görüntüləri təqdim edəcəkdir. Şəffaflığın təmin edilməsi məqsədilə tələb edir ki, Şəxs hansı xəstəxanada yoxlamadan keçdiyini söyləsin. Əlində olan görüntülərdə bunlar vardır: 11:18də avtomobili saxlamışlar 11:30-da yoxlamdan keçirmişlər. Avtomobili duracağa qoymuş və iltizam yazmışlar. Bundan sonra protokol tərtib etmişlər. Avtomobili sonradan götürmüş və şəhərdən çıxmışdır. Şəhərdən çıxış və giriş vaxtları məkəməyə təqdim edilmişdir. Avtomobili o idarə etməmiş, sağ tərəfdə oturmuş və avomobili ağ köynəklik başqa bir oğlan idarə etmişdir. O, Mingəçevir şəhərindən 13:23-də çıxmışdır. Qarşı tərəf 13:41-də yoxlama verdiyini bildirir. Bu isə mümkün deyil. Çünki işi şəhər arasındakı məsafə bundan bir xeyli daha uzundur. Yol boyu su içmiş və ya preparat qəbul etmiş ola bilər. Hesab edir ki, protokolu qanuni və əsaslıdır. Protokola uyğun qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Ağaşda işlədiyinə görə ora getməmişdir. Gəncə uzaq olmuşdur. Yevlaxa isə təsir göstərilməsi riski var idi. Ona görə də o, Şəki şəhərində yoxlamadan keçmişdir. İki saat fərqlə yoxlamdan keçmişdir. Həkim ona söyləmişdir ki, iki saata 100 promil azalma olur. Bəli, avtomobili özü yanında olmaqla başqa şəxs sürmüşdür. O, həmin vaxtda Şəkidə olmuşdur. Əgər Mingəçevir şəhərinin kameralarına baxılırsa, o tələb edir ki, Şəki şəhərinin kameralarına da baxılsın. Heç nə olmamışdır. Yolboyu kamera olmuşdur. Onların aparatı 0,130 ölçmüş, narkologiyada isə 0,44 göstəmişdir. Ona söyləmişlər ki, onlarınkı deyil, narkologiyanınkı düz göstərir. Sual vermək istəyir ki, əgər bunlarınkı səhv göstərirsə, bununla nəyə görə reydə çıxırlar. Hesab edir ki, onda inzibati xəta tərkibi yoxdur. Onun üzərindən yükləyici aktın götürülməsini məhkəmədən xahiş edir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 677 nömrəli narkoloq X3 tərəfindən verilmiş “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs ayıq olmuşdur. Aktın üzərindəki qəbzdən görünür ki, qəbz 25 avqust saat 13:41-ə məxsusdur. İşə əlavə olunmuş 25 avqust 2024-cü il tarixli, 1861 nömrəli Mingəçevir şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs yüngül dərəcəli sərxoş (0,440% promil) olmuşdur. İşə əlavə olunmuş 25 avqust 2024-cü il tarixli Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, Mercedes C. markalı 90FT728 dövlət qeydiyyat nişanlı avtomobil DYP-nin duracağına yerləşdirilmişdir. İşə əlavə olunmuş 25 avqust 2024-cü il tarixli, 95 nömrəli nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə protokoldan görünür ki, Şəxs nəfəsindən spirt qoxusu gəlməsi səbəbindən tibbi müayinəyə göndərilir. Tibbi müayinəyə göndərilən şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin markası Mercedes tipi minik modeli C200 dövlət qeydiyyat nişanı 90FT728 sahibi Şəxs olan avtomobil Minfəçevir ŞPŞ-nin duracağına yerləşdirilmişdir. İşə əlavə olunmuş iltizamdan görünür ki, X1 Qorxmaz Əhliyat oğluna məxsus Mersedes markalı, 90FT728 dövlət qeydiyyat nişanlı avtomaşını Mingəçevir ŞPŞ-nin DYPnin cərimə meydançasından təhvil aldı və onun təhlükəsiz olaraq sahibinin həyətinə çatdırmağa söz vermişdir. İşə əlavə olunmuş CD-diskdəki şəkillərdən görünür ki, Mercedes C markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil 13:23:36-da NTS0-Mingəçevir H.Əliyev pr Nəsimi parkının yanı şəhərdən çıxışda olmuşdur. Həmin avtomobil xx.xx.2024-cü il tarixdə saat 15:58:43-də Yevlax rayonu Mingəçevir-Mingəçevir Xaldan 11 km Mingəçevir ist-da olmuşdur. İşə əlavə olunmuş CD-diskdəki video görüntüdən görünür ki, Şəxs içkili olmadığı halda onu içkili kimi qələmə verdiklərini söyləyir. Bundan sonra iki dəfə yoxlama olur və yoxlamalar nəticəsində aparat 0,0 mg/L kimi göstərir. İşə əlavə olunmuş AE 225560 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs BC üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, Şəxs inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanı törətmişdir. Belə ki, Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında və bununla yanaşı özünün təşəbbüsü ilə həyata keçirilmiş yoxlamaya dair aktda və məhkəməyə təqdim etdiyi CD-diskdəki video görüntülərdə həmin gün ayıq olduğunu iddia etsə də, məhkəmə onun təqdim etdiyi müayinə aktını əsassız hesab edir. Məhkəmə hazırki iş üzrə AR Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nı əsas götürür. Həmin Qaydaların 3.6-ci bəndinin məzmunundan aydın olur ki, müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Buna baxmayaraq Şəxs həmin Qaydalara əməl etməmiş və öz təşəbbüsü ilə Şəkidə olduğunu bildirdiyi narkoloq yanında müayinədən keçmişdir. Həmçinin həmin aktın verilməsi tarixini təsdiqlədiyi güman edilən qəbzdə xx.xx.2024-cü il saat 13:41 göstərilir. Lakin məhkəməyə təqdim edilmiş CDdisklərdəki fotoşəkillərdən görünür ki, Şəxs məxsus avtomobil 13:23:36-da NTS0- Mingəçevir H.Əliyev pr Nəsimi parkının yanı şəhərdən çıxışda olmuşdur. Şəxs həmin vaxt Şəki şəhərinə getdiyini iddia etmişdir. Lakin məhkəmənin qənaətincə Mingəçevir şəhərindən 13:41-də çıxmış avtomobillə Şəki istiqamətinə gedən heç bir kəs həmin məsafəni bu müddətdə qət edə bilməz. Ona görə də məhkəmə xx.xx.2024-cü il tarixli, 677 nömrəli narkoloq X3 tərəfindən verilmiş “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinə aktını mötəbər sübut hesab etmir. Məhkəmənin qənaətincə həmin akt qaydalara uyğun olmayan yollarla tərtib edilmişdır. Ona görə də məhkəmə iş üzrə mötəbər sübut kimi 25 avqust 2024-cü il tarixli, 1861 nömrəli Mingəçevir şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinə aktını qəbul edir və Şəxs nəqliyyat vasitəsi idarə etmək hüququ olduğundan məhkəmə hesab edir ki, o, protokolda göstərilən İXM-in 333.1-ci maddəsində göstərilən xətanı törətmiş, nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Belə ki, AR Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 3.1-ci maddəsinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.6-ci bəndinə əsasən Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyətini yüngülləşdirən hal yoxdur. Məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halları, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Məhkəmə işin gedişatını, inzibati xəta törətmiş şəxsin vəziyyətini nəzərə alaraq İXM-nin 333.1-ci maddənin sanksiyasında onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması tənbeh növünün tətbiq edilməsini lüzum bilmir. Məhkəmə onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-587/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-587/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver