Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-589/2022 19.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Xaldan qəsəbəsi Kərpic zavodunda qaynaqçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1381/2022 saylı xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-5367/2020 saylı qanuni qüvvəyə minmiş icra sənədləri əsasında ümumilikdə 590 ABŞ dollarıməbləğində pulun və 60 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" MMC-yə verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borclu olduğu pulu ödəməmiş, bununla da məhkəmələrin qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1381/2022 saylı xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-5367/2020 saylı qanuni qüvvəyə minmiş icra sənədləri əsasında borclu Şəxs ümumilikdə 590 ABŞ dollarıməbləğində pulun və 60 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Lakin borclu Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləğləri ödəməkdən yayınmışdır. Borclunun hazırki vaxta olan hər iki məhkəmə qətnaməsi üzrə borcu 590 ABŞ dolları təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, protokolun dəlillərini müdafiə etdi və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1381/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan 181 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-5367/2020 saylı qətnaməsi ilə isə X2 və ondan 409 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" MMC-yə verilməsini qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1381/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə borclu olduğu 181 ABŞ dolları məbləğində puldan 100 manat ödəniş etmişdir. Qalan məbləğdə pulu isə işsiz olduğundan birdəfəyə ödəyə bilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-5367/2020 saylı qətnaməsi ilə isə əsas borclu X3r, o isə zamindir. Hesab edir ki, xx.xx.2020-ci il tarixli 2(004)-5367/2020 saylı icra sənədi üzrə ödənilməli məbləğ əsas borcludan alınmalıdır. Odur ki, məhkəmədən onun barəsində olan hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə tələbkarın iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1381/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 176 ABŞ dolları əsas, 5 ABŞ dolları cərimə olmaqla, cəmi 181 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsini qət edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)- 5367/2020 saylı icra vərəqindən görünür ki, cavabdehlər X2 və Şəxs 341 ABŞ dolları əsas, 68 ABŞ dolları cərimə olmaqla, cəmi 409 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsini qət edilmişdir. İşdə olan 2.08.2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1381/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli inzibati xəbərdarlıqdan görünür ki, Şəxs borclu olduğu məbləğlər xatırladılaraq ondan həmin pullu ödəməsi tələb edilmiş, əks halda barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəyi bildirilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1381/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Şəxs 181 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-5367/2020 saylı qətnaməsi ilə isə X2 və Şəxs 409 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" MMC-yə verilməsini qət edilmişdir. Məhkəmə iclası zamanı qeyd edilən məhkəmə qətnamələrinin Şəxs tərəfindən qərəzli olaraq icra etmədiyi müəyyən edilmədi. Belə ki, Şəxs məhkəmə qətnamələri üzrə müəyyən edilən borcdan bir hissəsini ödədiyini, qalan məbləğdə pulu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmçinin icra məmuru tərəfindən Şəxs daha çox gəlirə malik olmasıvə ya həmin məbləğdə borcları ödəməyə imkanının olub-olmaması araşdırılmamış, məhkəməyə isə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda Şəxs məhkəmənin qeyd edilən qətnamələrini qərəzli olaraq icra etmədiyi müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-589/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-589/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver