Məhkəmə qərarları › İş №3(051)-591/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-591/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-591/2022 19.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1991–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 510-cu maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən “Qartal” adlı kafedə X2 qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən “Qartal” adlı kafeni işlədir. xx.xx.2022-ci il tarixdə müştərilərdən birini arı sancması səbəbindən kafeyə təcili tibbi yardım çağırılmışdır. Həmin şəxslərdən biri, sonradan adının Əsli olduğunu öyrəndiyi qadın onun ifadəsini düzgün başa düşmədiyindən aralarında mübahisə yaranmışdır. Bundan sonra isə onun barəsində Mingəçevir ŞPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım stansiyasında tibbi bacısı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə, saat 15:10 radələrində, növbədə olarkən Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən “Qartal” adlı kafedə bir nəfər şəxsin arı sancması ilə bağlı çağırış daxil olmuşdur. Həmin kafeyə gedərkən giriş hissədə olan stolda əyləşmiş sərxoş şəxslərdən biri ona “burdakıların hamsının beli ağrıyır, bellərini oxalamaq lazımdır” demiş və möhkəm səslə gülmüşdür. O, həmin vaxt əhəmiyyət verəməyərək, arı sancan şəxsə tibbi yardım göstərmiş və sonra onu qarşılayan ofisiantla birlikdə qayıdıb həmin stola yaxınlaşmışdır. O əvvəl həmin şəxsin müştərilərdən biri olduğu hesab etmiş, lakin sonradan ona məlum olmuşdur ki, həmin şəxs kafeni işlədən Pərviz adlı şəxsdir. O, Pərviz adlı şəxsə öz iradını bildirib arı sancmış şəxsin yanına qayıtmışdır. Bundan sonra isə ona bir qadın yaxınlaşmış və Pərvizin anası və iş yoldaşı olan tibb bacısı Könül Məmmədovanın baldızı olduğunu bildirmişdir. O isə şəhid ailəsi olduğunu demişdir. Bundan sonra isə Pərvizin anası ona “buna bax ağ paltarı geyinib kişilərin içinə gəlib, özü də deyir ərim şəhid olub” deyə bildirmişdir. Daha sonra idarəyə gəlmiş və həmin qadının qardaşı arvadı olan iş yoldaşı Könül Məmmədova 103-ü yığaraq onu çağırtdırmış və baldızının onu axtardığını və hədələdiyini bildirmişdir. Həminin vaxt o, bildirmişdir ki, Pərvizin doğurdanda beli ağrımışdır. Odur ki, Şəxs şikayətçidir. Ona görə də barəsində həbslə əlaqədar olan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İşə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən “Qartal” adlı kafedə ictimai qaydanı pozmuşdur. İşə əlavə edilmiş 004119 saylı vəsiqədən görünür ki, X2 şəhid ailəsi vəsiqəsi verilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X2 qarşı nalayiq ifadələr işlədib ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu il maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 19 sentyabr 2022–ci il tarixdən saat 18:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar