Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-591/2025 02.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Elza Cəbrayılzadə Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi: X4, Zərərçəkmiş şəxs: X7 iştirakı ilə xx.xx.1980-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 157-ci maddəsi ilə inzibati icraat materiallarına baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2025-ci il tarixdə 19:00 radələrində Şəxs qonşuluqda yaşayan X1 qulağını dartaraq ona fiziki ağrı vermişdir. Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X10 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, X8 xx.xx.2025-ci il tarixli ərizəsi əsasında aparılmış təhqiqat zamanı müəyyən olunmuşdur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan döymə əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onun oğlu ilə Ağaxan adlı uşaq arasında mübahisə düşmüşdür. Oğlu evə gəldiyi zaman onun üzünün qıpqırmızı olduğunu gördüyündən ondan nə baş verdiyini soruşmuşdur. Oğlu Ağalar adlı uşaqla mübahisə etdiyini, Ağaxanın onu döydüyünü bildirmişdir. Bundan sonra o, həyətə düşmüş, Ağalar adlı uşağın gələcəkdə oğluna belə hərəkətlər etməməsi üçün qulağını tutmuş və bir də oğlunu döyməməsi üçün xəbərdarlıq etmişdir. Ağalar adlı uşağı heç bir şəkildə vurmamışdır. Odur ki, izahatında göstərilən halların nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X13 izahatında bildirdi ki, məhkəməyə təqdim olunmuş video materialdan da görünür ki, Şəxs açıq-aşkar uşağı təhqir edir. Uşağı döydüyü və təhqir etdiyi üçün 102-yə yığıb şikayət etmişdir. Şəxs uşağın başına yumruq vurmuşdur. Həmin gün uşaq özündə olmamışdır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X12 məhkəmə iclası zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş və bildirmişdir ki, həyətdə oynayan zaman Toğrul adlı şəxs ona yaxınlaşmış və kim olduğunu soruşmuşdu. O özünü təqdim etmişdir. Bu zaman qəflətən onun qulağından yapışmış, iki yumruq zərbəsi ilə onun üzünə vurmuşdur. Bu zaman onu təhqir etmiş, söyüşlər söymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X11 izahatında bildirdi ki, əməldə inzibati xəta tərkibi yoxdur. Ekspert rəyindən də görünür ki, zərərçəkmiş şəxsin bədənində hər hansı xəsarət və ya qançır izləri aşkar edilməmişdir. Bundan əlavə Mingəçevir Şəhər Polis Şöbəsinin İTB tərəfindən məhkəməyə verilmiş video materialdan görünür ki, sağlamlığa heç bir zərər vurulmayıb. Odur ki, izahatında göstərilən halları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, X8 məlumatı əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, Şəxs əməli inzibati hüquq pozma sayıldığından onun barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə Şəhər Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli “inzibati iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Məhkəmə-X14 Anatomiya Birliyinin 445№li ekspert rəyindən görünür ki, X6 bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri-qançır, sıyrıq aşkar edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı X9 döyməsi, sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döyməsi iş materialları ilə sübut olunmur. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı X9 döyməsi ilə bağlı hər hansı sübut olmadığından bu fakt öz təsdiqini tapmır. Bundan əlavə Mingəçevir Şəhər Polis Şöbəsinin 22 avqust 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda məhkəmə o, nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyi sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Belə ki, onun döyülməsi məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 445 saylı rəyinə əsasən, X6 bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri-qançır, sıyrıq aşkar edilməmişdir. Bundan əlavə məhkəmə iclası zamanı video materiallardan da görünür ki, zərərçəkmişə sağlamlığa zərərvurmaya aid edilən hər hansı xəsarət aşkar olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından X2 barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-591/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-591/2025
02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver