Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-592/2022 21.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X4, Mingəçevir şəhər icra və probasiya Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 29 iyul 2005-ci il təvəllüdlü Səidə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment hər ay alınaraq X1 ödəməli olması barədə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2613/2018 №li 24 oktyabr 2018-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 2613/2018 №li 24 oktyabr 2018-ci il tarixli icra sənədindən görünür ki, 29 iyul 2005-ci il təvəllüdlü Səidə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment hər ay cavabdeh Şəxs tutularaq, iddiaçı X1 verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsində icra işi açılmışdır. Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən 29 iyul 2005-ci il təvəllüdlü Səidə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment hər ay ondan alınaraq X1 verilməlidir. Ancaq alimenti ödəməmiş, 3200 manat aliment borcu yaranmışdır. Fərdi əməklə məşğul olur, gündəlik qazancı 10 manata yaxın olur. Hazırda alimenti ödəməyə imkanı yoxdur, gələcəkdə hissə-hissə ödəyə bilər. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, 29 iyul 2005-ci il təvəllüdlü Səidə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq ona verilməlidir. Lakin borclu Şəxs bu vaxta qədər alimenti ödəməmiş, nəticədə 3200 manat aliment borcu yaranmışdır. Uşağı saxlamaqda çətinlik çəkir. Alimentin ödənilməsini tələb edir. Əks halda Şəxs qanun daxilində cəza verilməsini, onun həbs olunmasını xahiş edir. Məhkəmə iclasında Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2613/2018 №li 24 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən 29 iyul 2005-ci il təvəllüdlü Səidə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment hər ay Şəxs tutularaq X1 verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs alimenti ödəməmiş, yaşayış yerindən getmişdir. Şəxs barəsində axtarış qərarı çıxarılaraq axtarış işi açılmışdır. Tapıldıqdan sonra icra və probasiya şöbəsinə gətirilmişdir. Şəxs alimenti ödəməmişdir, hazırda isə onun 3200 manat borcu vardır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs alimenti ödəmədiyinə görə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə də inzibati məsuliyyətə cəlb olunmuşdur. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Eyni xətanı bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 14 (on dörd) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-592/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-592/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver