Məhkəmə qərarları › İş №3(051)-592/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-592/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-592/2025 11.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə ünvan 1 ünvanında fəaliyyət göstərən (VÖEN **********) Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM–in 215.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza X5 Şöbəsinin vəzifəli şəxsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM–in 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən stomatoloji obyektdə, Şəxs MMC-yə məxsus DVX əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı lisenziyadan kənar cərrahi stomatoloji iş və fəaliyyətlə məşğul olma faktı aşkarlanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 3 oktyabr 2025-ci il tarixli, 3(051)-592/2025 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 həmin qərardan şikayət vermiş, şikayət inzibati işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-349/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Şəxs MMC-nin şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 3 oktyabr 2025-ci il tarixli, 3(051)-592/2025 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin direktoru X4 məhkəmə iclası zamanı göstərdi ki, Şəxs MMC-nin təsisçisi və direktorudur. Həmçinin stomatoloq-həkimdir. Bununla bağlı lisenziyası da vardır. Ona protokol tərtib edildikdən sonra məlum olmuşdur ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin həkimin klinikada diş çəkilməsi kimi əməliyyatla məşğul olmasından xəbəri olmamışdır. Belə ki, son 6 aydır ki, Bakı şəhərində işləyir. O özü də sertifikasiyadan keçmişdir və diplomu var. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 2021-ci il tarixdən işləyir, Şəxs MMC ilə əmək müqaviləsi bağlamışdır. Dişlərin blomblanması və müalicəsi ilə məşğuldur. Cərrahi işlə məşğul olmağa klinikanın icazə olmadığını bilirdi, lakin xx.xx.2025-ci il tarixdə xəstə narahat vəziyyətdə gəlmiş və dişinin bərk ağrıdığını bildirmişdir. O, əlavə vasitələr tətbiq etmiş, lakin xəstə dişinin ağrısının kəsmədiyini bildirmişvə dişinin çəkilməsini təkidlə xahiş etmişdir. Belə olan halda o, həkim kimi xəstənin köməksiz vəziyyətdə qoymamaq üçün onun dişini çəkmiş və onun müqabilində 30 manat nağd şəkildə vəsait almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilməlidir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM–in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən stomatoloji obyektdə, Şəxs MMC-yə məxsus DVX əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı lisenziyadan kənar cərrahi stomatoloji iş və fəaliyyətlə məşğul olma faktı aşkarlanmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza X8 şəxsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 11 avqust 2025- ci il tarixli, 3-28-1/2-25745/2025 saylı məktubdan görünür ki, İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı xx.xx.2025ci il tarixdə ünvan 2 ünvanda fəaliyyət göstərən stomatoloji kabinetdə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyətin həyata keçirilməsi faktı aşkar edilmiş və yoxlama materiallarına baxılması üçün Mərkəzə dəvət edilmişdir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 3-21-2-17/2-102566/2025 saylı qanunamüvafiq tədbirlərin görülməsi barədə məktubdan görünür ki, İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, **********7927 saylı qərarına əsasən, hüquqi şəxs Şəxs MMC-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanda yerləşən stomatoloji kabinetdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı xüsusi icazə (lisenziya) tələb olunduğu halda belə razılıq almadan stomatologiya fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli, DVX 001570 №li aktdan görünür ki, Şəxs MMC-yə məxsus stomatoloji kabinetdə xx.xx.2025-ci il tarixdə saat 18 radələrində vətəndaşa göstərilmiş tibbi xidmət zamanı “diş çəkimi” həyata keçirilmişdir. İşə əlavə olunmuş 11 dekabr 2020-ci il tarixli lisenziyadan görünür ki, VÖEN ********** olan hüquqi şəxs Şəxs MMC-yə özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verilib. İşə əlavə olunmuş 11 dekabr 2020-ci il tarixli lisenziyanın əlavəsindən görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə stomatologiya: terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji işlərin görülməsinə icazə verilmişdir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında yerləşən Şəxs MMC-də yoxlama tədbirində olunmuş, MMC-nin rəhbəri X4 yoxlamada iştirak edə bilməmiş, onunla telefon əlaqəsi qurularaq bu barədə məlumat verilmişdir. Qərar və çıxarış əmək müqaviləsi üzrə işçi X1 iştirakı ilə aparıldı və tanış edildi. Belə ki, yoxlama zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu stomatoloji fəaliyyətin alt bölməsi olan cərrahi stomatologiya olmadan “diş çəkimi” həyata keçirdiyi və barəsində 057313, 001570 nömrəli aktlar tərtib edildi. Yoxlamada rəhbər iştirak edə bilmədiyindən aktlar işçi X1 iştirakı ilə tərtib edildi. Müvafiq izahat alındı, qanunvericiliyin maddələri izah olundu. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olsa da, inzibati tənbeh verilmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilməlidir. Belə ki, inzibati xətanın xx.xx.2025-ci il tarixdə törədildiyini nəzərə alsaq, hazırkı vaxtda inzibati xətanın törədildiyi gündən dörd aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta xx.xx.2025-ci il tarixdə törədildiyindən, hazırkı vaxtda, yəni xx.xx.2025-ci il tarixədək inzibati xətanın törədildiyi gündən dörd aydan artıq müddət keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM–in 53.1.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə başlanmış işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar