Məhkəmə qərarları › İş №3(051)-594/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-594/2020

04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-594/2020 04.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi X10 və Probasiya Şöbəsinin icra məmuru: X2 Tələbkar: X3 iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, sürücü işləyən, Mingəçevir şəhəri Günəşli bağ massivi 4-cü küçədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X10 və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2017-ci il təvəllüdlü Ayan və xx.xx.2018-ci təvəllüdlü Aylin adlı uşaqların saxlanması üçün Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan alimentin verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar X10 və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da o, aliment borcunu ödəməkdən yayınmışdır. X10 və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi ilə borclu Şəxs xx.xx.2017-ci il təvəllüdlü Ayan və xx.xx.2018-ci təvəllüdlü Aylin adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb X1na verilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. X1 xx.xx.2020-ci il tarixli məhkəmə iclası zamanı izahatında göstərdi ki, borclu təyin edilmiş aliment hər ay vaxtı-vaxtında ödəmişdir, lakin son 2 (iki) ay ərzində alimenti borcunu ödəməkdən yayınmış və borclunun hazırki aliment borcu 400 (dörd yüz) manat təşkil edir. Uşaqlar körpə olduğundan özü heç bir yerdə işləyə bilmir. Bununla belə Şəxs aliment borcunun ödənilməsi üçün vaxt verilməsinə etiraz etmir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Borclu Şəxs xx.xx.2020-ci il tarixli məhkəmə iclası zamanı oğlu izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi ilə ondan xx.xx.2017-ci il təvəllüdlü Ayan və xx.xx.2018-ci təvəllüdlü Aylin adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb X1na verilməsi qət edilmişdir. Aylıq aliment ödənişlərini həmişə vaxtıvaxtında ödəmiş, lakin son 2 (iki) aydı işsiz olduğundan aliment borcu yaranmışdır. Hazırda isə tələbkara olan aliment borcunu, əgər məhkəmə vaxt verərsə, ən qısa zamanda ödəməyi öhdəsinə götürür. Odur ki, məhkəmədən qərar qəbul edərkən izahatında göstərilənləri nəzərə almağı xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2017-ci il təvəllüdlü Ayan və xx.xx.2018-ci təvəllüdlü Aylin adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb X1na verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 612 nömrəli arayışından görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və müvafiq hərbi hissəyə təhvil verilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, yəni hazırda qismən səfərbərliyə cəlb edilməklə müvafiq hərbi hissədə xidmətdə olduğuna görə onun alimenti ödəməkdən qəsdən yayınması və icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırda borclu Şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən xx.xx.2020ci il tarixdə qismən səfərbərliyə cəlb edildiyindən icra məmurunun tələbinə qəsdən tabe olmaması istisna olunur. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması iləşərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə barəsində tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar