Məhkəmə qərarları › İş №3(051)-594/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-594/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-594/2021 27.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 13.11.2020-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan borcun verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu qərəzli olaraq ödəməkdən yayınmışdır. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 13.11.2020-ci tarixli icra sənədi ilə cavabdeh Şəxs qiyməti 340 manat olan 2 kameralı soyuducu, qiyməti 32 manat olan elektrik txovka; qiyməti 120 manat olan qoşa çarpayı; qiyməti 28 manat olan 6 ədəd stul 1 ədəd stol; qiyməti 90 manat olan 1 ədəd xalça; qiyməti 15 manat olan çilçıraq; qiyməti 60 manat olan 1 ədəd setka çarpayı; qiyməti 180 manat olan abedni madonna servis dəsti; qiyməti 75 manat olan çayni servis dəsti; qiyməti 35 manat olan kafeyni servis dəsti, qiyməti 50 manat olan 2 ədəd xrustal güldan; qiyməti 30 manat olan 2 ədəd kombot qabı; qiyməti 23 manat olan 6 ədəd rumka dəsti; qiyməti 50 manat olan 2 ədəd xrustal vaz; qiyməti 100 manat olan çəngəl-qaşıq dəsti; qiyməti 20 manat olan ütü; qiyməti 30 manat olan 18 ədəd adi boşqab; qiyməti 35 manat olan 24 ədəd bir nəfərlik boşqab; qiyməti 30 manat olan 24 ədəd kiçik boşqab; qiyməti 10 manat olan 13 ədəd nəlbəki; qiyməti 55 manat olan tozsoran; qiyməti 300 manat olan 6 ədəd yorğan; qiyməti 200 manat olan 4 ədəd döşək; qiyməti 173 manat olan 6 ədəd qaz tükündən balınc; qiyməti 60 manat olan 10 ədəd döşəkcə; qiyməti 25 manat olan 2 ədəd mütəkkə; qiyməti 50 manat olan qoşa adyal; qiyməti 38 manat olan 2 ədəd tək adyal; qiyməti 15 manat olan 1 ədəd sadə adyal; qiyməti 20 manat olan qoşa pakroval; qiyməti 20 manat olan 14 ədəd çay dəsmalı; qiyməti 40 manat olan 5 ədəd əl üz dəsmalı; qiyməti 60 manat olan 6 ədəd hamam dəsmalı; qiyməti 120 manat olan 4 ədəd qoşa çexolprostina dəsti; qiyməti 65 manat olan uşaq üçün çarpayı qətnamə icra edilən zaman naturada alınması mümkün olmadıqda həmin əşyaların dəyəri cavabdeh Şəxs alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Bu hal o nəticəyə gəlməyə əsas verir ki, borclu borcunu ödəməkdən qəsdən yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin 13.11.2020-ci il tarixli icra sənədi ilə ondan qeyd olunan əşyaların və ya onların dəyəri alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Barəsində protokol tərtib edilməmişdən əvvəl 600 manat, hazırda isə 600 manat olan borcundan Zərərçəkmiş şəxs ödəmişdir. Qalan borcunu isə qısa müddətə ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 13.11.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 340 manat olan 2 kameralı soyuducu, qiyməti 32 manat olan elektrik txovka; qiyməti 120 manat olan qoşa çarpayı; qiyməti 28 manat olan 6 ədəd stul 1 ədəd stol; qiyməti 90 manat olan 1 ədəd xalça; qiyməti 15 manat olan çilçıraq; qiyməti 60 manat olan 1 ədəd setka çarpayı; qiyməti 180 manat olan abedni madonna servis dəsti; qiyməti 75 manat olan çayni servis dəsti; qiyməti 35 manat olan kafeyni servis dəsti, qiyməti 50 manat olan 2 ədəd xrustal güldan; qiyməti 30 manat olan 2 ədəd kombot qabı; qiyməti 23 manat olan 6 ədəd rumka dəsti; qiyməti 50 manat olan 2 ədəd xrustal vaz; qiyməti 100 manat olan çəngəl-qaşıq dəsti; qiyməti 20 manat olan ütü; qiyməti 30 manat olan 18 ədəd adi boşqab; qiyməti 35 manat olan 24 ədəd bir nəfərlik boşqab; qiyməti 30 manat olan 24 ədəd kiçik boşqab; qiyməti 10 manat olan 13 ədəd nəlbəki; qiyməti 55 manat olan tozsoran; qiyməti 300 manat olan 6 ədəd yorğan; qiyməti 200 manat olan 4 ədəd döşək; qiyməti 173 manat olan 6 ədəd qaz tükündən balınc; qiyməti 60 manat olan 10 ədəd döşəkcə; qiyməti 25 manat olan 2 ədəd mütəkkə; qiyməti 50 manat olan qoşa adyal; qiyməti 38 manat olan 2 ədəd tək adyal; qiyməti 15 manat olan 1 ədəd sadə adyal; qiyməti 20 manat olan qoşa pakroval; qiyməti 20 manat olan 14 ədəd çay dəsmalı; qiyməti 40 manat olan 5 ədəd əl üz dəsmalı; qiyməti 60 manat olan 6 ədəd hamam dəsmalı; qiyməti 120 manat olan 4 ədəd qoşa çexolprostina dəsti; qiyməti 65 manat olan uşaq üçün çarpayı qətnamə icra edilən zaman naturada alınması mümkün olmadıqda həmin əşyaların dəyəri cavabdeh Şəxs alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan 07.07.2021-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs olan borcundan 100 manat ödəniş etmişdir. İşdə olan 13.07.2021-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs olan borcundan 300 manat ödəniş etmişdir. İşdə olan 27.07.2021-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs olan borcundan 200 manat ödəniş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclunun icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə borcundan 600 manat ödəmiş, qalan borcunu isə qısa müddətə ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclunun əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar