Məhkəmə qərarları › İş №3(051)-595/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-595/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-595/2024 01.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM–in 333.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00-da TOYOTA LAND-CRUİSER-PRADO minik markalı **-HR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, sərxoş vəziyyətdə olduğundan, TOYOTA LAND-CRUİSER-PRADO minik markalı **-HR- *** dövlət nömrə nişanlı avtomobildə oturarkən “ayıq sürücü”yə zəng vurmaq istəmiş, bu zaman polis əməkdaşları ona yaxınlaşmış və barəsində protokol tərtib edilmişdir. Halbuki, həmin vaxt avtomobilin mühərriki sonlu olmuş və avtomobil hərəkətdə olmamışdrı. tərəfindən saxlanılmışdır. O, sərxoş vəziyyətdə avtomobili idarə etməmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin Dövlət Yol polisi bölməsi yol-patrul xidməti baş inspektoru X3 ifadəsində göstərdi ki, o, X1 və X2 ilə Mingəçevir şəhərində yerləşən “ASAN” xidmət mərkəzinin qarşısında xx.xx.2024-cü il tarixdə gecə saatlarında Gəncə şosesində xidmətdə olarkən, “Ağsaray” hotelin qarşısından keçən ara yol ilə avtomobilin əsas yola çıxmadan dayandığını və polis əməkdaşlarını gördükdən sonra, küçə darısqal olduğuna görə arxaya doğru hərəkət etdiyini və dayandığını görmüşdür. Belə olan halda o, sürücünün özünü şübhəli apardığına görə avtomobilə yaxınlaşmış və sənədlərini tələb etmişdir. Həmin vaxt sürücüdən spirt iyi gəlmişdir. Ondan sonra o, sürücü Şəxsnün TOYOTA LAND-CRUİSER-PRADO minik markalı **-HR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edibetməmsini müəyyən etmək üçün onun tibbi müayinədən keçirilməsini təmin etmişdir. Müayinə zamanı onun yüngül dərəcəli sərxoş vəziyyətdə olduğu müəyyən edilmiş və onun barəsində sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı tərtib edilmişdir. Həmin akt əsasında Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 və X2 da şahid X3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00-da TOYOTA LAND- CRUİSER-PRADO minik markalı **-HR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş, AR İXM-in 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcədə sərxoş vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2020-cİ il tarixdə DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən Şəxs verilmiş, xx.xx.2030-cu il tarixədək etibarlıdır və B1, B, C1, C, D1, D, C1E, CE kateqoriyalıdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00-da TOYOTA LAND-CRUİSER-PRADO minik markalı **-HR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin barəsində protokol tərtib edilmiş şəxsin məhkəmə iclası zamanı sərxoş olması, lakin nəqliyyat vasitəsini idarə etməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşır və həmin halları sübut növü kimi qəbul etmir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, barəsində protokol tərtib edilmiş şəxsin nəqliyyat vasitəsini idarə edən vaxt sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduğuna görə onun barəsində səlahiyyətli vəzifəli şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol tərtib edilmiş, eyni zamanda həmin protokol tərtib etmiş vəzifəli şəxs və barəsində protokol tərtib edilmiş şəxs tərəfindən imzalamışdır. Eləcə də protokolun surəti barəsində protokol tərtib edilmiş şəxsə verilmişdir. Göründüyü kimi protokol tərtib etmiş vəzifəli şəxs barəsində protokol tərtib edilmiş şəxsin qanunla qorunan hüquqlarını təmin etmişdir. Ondan sonra aparılmış tibbi müayinə zamanı barəsində protokol tərtib edilmiş şəxsin yüngül dərəcədə sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir. Bu hallar şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Ona görə də Şəxs barəsində xx.xx.2024-cü il tarixdə İXM-in 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, barəsində protokol tərtib edilmiş şəxsin nəqliyyat vasitəsini idarə etməməsinə dair istinad etdiyi dəlillər əsaslı deyildir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar