Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-595/2025 16.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyasının Donetsk vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatdan olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2022-ci il Oğuz rayon Notariat Ofisinin Xüsusi Notariusunun icra qeydi üzrə borclu Şəxs borcun yəni 10175 manat icra ödənişinin 612.25 manatını icra məmurunun dəfələrlə şifahi xəbərdarlıqlarına baxmayaraq, həmçinin borc bitdiyi gün ödəniş tapşırığı almasına baxmayaraq, telefona cavab verməmiş icradan yayınmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu Şəxs izahatında bildirmişdir ki, 614 manat ödəniş etmiş, qəbzləri icra məmuruna təqdim etmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı məhkəməyə ödəniş qəbzlərini təqdim etdi. Odur ki, inzibati xəta haqqında protokola xitam verilməsinə etirazı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2022-ci il Oğuz rayon Notariat Ofisinin Xüsusi Notariusu icra qeydi üzrə borclu Şəxs borcun yəni 10175 manat icra ödənişinin 612.25 manatını icra məmurunun dəfələrlə şifahi xəbərdarlıqlarına baxmayaraq, həmçinin borc bitdiyi gün ödəniş tapşırığı almasına baxmayaraq, telefona cavab verməmiş icradan yayınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli Oğuz rayon Notariat Ofisinin Xüsusi Notariusu icra qeydindən görünür ki, “Notariat haqqında” AR Qanunun 76-cı maddəsinə əsasən, təklif edilən həmin sənədlər X3 xeyrinə Şəxs 10150 manat pul və 25 manat dövlət rüsumunun tutulması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 icraatına daxil olmuş, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə borclu Şəxs haqqında icraata başlamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası” haqqında bildirişin surətindən görünür ki, ondan xx.xx.2022-ci il tarixli, 94 nömrəli Oğuz rayon Notariat Ofisinin Xüsusi Notariusu icra qeydi icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “borclunun axtarılması barədə” qərardan görünür ki, Şəxs yaşayış yeri məlum olmadığından axtarışı keçirilmişdir. İşdə olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ”inzibati xəbərdarlıq”dan görünür ki, Şəxs icra sənədi üzrə 7500 manat borcu təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli “icra ödənişinin tutulması” haqqında qərardan görünür ki, iş üzrə borclu Şəxs 712.25 manat ödənilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs 614 ödəniş etmişdir. Bununla da borcunu tamamilə ödəmişdir. Beləliklə, borclunun izahatı, icra məmurunun məhkəməyə təqdim etdiyi məktubdan, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs icra sənədinin qəsdən və qərəzli olaraq icrasından yayınmamış, həmçinin borcunu ödəmiş və xüsusən icra məmurunun qanuni tələbinə tabesizlik göstərməmişdir. Belə ki, məhkəmə iclası zamanı müəyyən olundu ki, borclu icra sənədi üzrə yaranmış borcundan 614 manat ödəniş həyata keçirmiş, bununla da borcunu tamamilə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından borclu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, tələbkarın və borclunun izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, borclu ilə tələbkar arasında razılığı, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-595/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-595/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver