Məhkəmə qərarları › İş №3(051)-597/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-597/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-597/2024 04.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Azərbaycan Respublikasının Qida X2 X6 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Azərbaycan Respublikasının Qida X2 X6 vəzifəli şəxsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikasının Qida X2 X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida X2 X6 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, 544-cü maddənin dispozisiyasında istehlakçıların hüquqlarının qorunması və buna nəzarət edən orqanın yoxlama keçirməsinə mane olmadır. Şəxs vətəndaş şikayəti əsasında yoxlamaya gələnlərə şərait yaratmamış və onlara maneçilik törətmişdir. Həmin şikayəti təqdim edə bilər. Lakin şikayətçinin adının verilməsini düzgün hesab etmir. Onların da video görünütləri var. Həmin video görüntülərdə Şəxs yoxlmaya şərait yaratmağı aydın olur. Buna görə də hesab edii ki, İXM-nin 544.1-ci maddəsinin tərkibi vardır. Onun üzərində həmin maddə üzrə tənbeh növü tətbiq edilməsini xahiş edir. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 544-cü maddədə qeyd olunub ki, istehlakçıların hüququnun pozulması və ya ticarət qanunun pozulması. O bunların heç birini pozmamışdır. Prezidentin 2016-cı il tarixli qərarı vardır ki, 3 və daha artıq şəxsin zəhərlənməsi halında yalnız obyekt yoxlanıla bilərdi. O, yoxlamaya hər bir şərait yaratmışdır. Ona böhtan atılır. Ona zəng gəlmişdir ki, obyektə adamlar gəlmişdir və onu axtarırlar. O da obyektə gedib nə lazım olduğunu soruşmuşdur. O obyektə gələnə kimi 1 saat vaxt keçmişdir. Həmin vaxtda o şəxslər bütün obyektə baxmışlar. 3 nəfər olmuşlar ki, onlara demiş ki, əvvəl qida Bərdədə olanda oranın rəhbəri ilə danışmışdır. Belə ki, onun obyektində heç nə yoxdur və yalnız çay satılır. Bununla dolanırlar. Əslində bu 3 nəfər şəxslə də razılaşmışlar. Ona imza etdirmişlər. Sonra onlar çıxıb getmişlər. O inana bilməzdi ki, onun barəsində protokol tərtib oluna bilər. Belə ki, 3 və daha çox zəhərlənmə və ya ölüm halında yoxlama keçirilə bilər. Həmin obyektdə bu mümkün deyil. Çünki orada yalnız çay satılır. Ondan icazəsiz mətbəxə girə bilməzdilər. Bu qanun pozuntusudur. Onda video görüntülər vardır. Video görüntüdə vəzifəli şəxs deyir ki, antisanitariya vardır. Bu da onu göstərir ki, o gəlməzdən qabaq obyekti yoxlayıblar. O onlara söyləmiş ki, buyurun yoxlayın, lakin nəyi yoxlayacaqsınız ki? Antisanitariya, kirlilik deməkdir. Antisanitariyanı yoxlamaq AQTA-nın işi deyil. Bu başqa qurumun işidir. AQTA-nın işi qidanı yoxlamaqdır. O, yoxlamaya heç bir maneçilik törətməmişdir. Əgər ona bird aha yoxlama şansı verilsə, o mütləq bunu edəcəkdir. Məhkəmədən onun barəsində qərar çıxarılarkən izahatında göstərdiyi halları nəzərə almasını xahiş edir. İşə əlavə olunmuş AZE MİS portalından çıxarışdan görünür ki, Şəxs oğunun adına ********** nömrəli vöen vardır. Həmin vöen aktivdir. Hüquqi ünvanı AZ4500, ünvan 1tasının adı Şəxsdur. Əsas fəaliyyət növü kafelərin fəaliyyətidir. **********-27001 nömrəsi üzrə Çayxana kafe adı ilə aktivdir. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Qida X1 X9 tərəfindən verilmiş 29 avqust 2024-cü il tarixli Mingəçevir şəhər Məhkəsinə məktubundan görünür ki, Azərbaycan Respublikasının Qida X1 X6 əməkdaşları tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqların müdafiəsi haqqında” Azərbaycan Respublikasının 16-cı maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, MARB-YPK-065 nömrəli yoxlamanın aparılması haqqında qərarına əsasən Şəxs məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən “Vahid” kafesində (VÖEN:**********), xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində plandankənar yoxlama həyata keçirilməsi nəzərdə tutulmuşdur. Mərkəzi Aran regional bölmənin əməkdaşları tərəfindən ünvan 2 ünvanında fəaliyyət göstərən “Vahid” kafesində plandankənar yoxlamanın aparılması məqsədilə gedilmiş, lakin Şəxs tərəfindən yoxlayıcılara yoxlama keçirilməsi üçün şərait yardılmamış və qanuni yoxlamanın keçirilməsinə maneçilik törədilmişdir. Qeyd olunanlarla bağlı vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səalhiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməsinə görə xx.xx.2024-cü il tarixli, MN №1930621 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Qida X1 X6 xx.xx.2024-cü il tarixli, MARB-YPK-065 nömrəli yoxlamanın aparılması haqqında qərarından görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 57-də yerləşən “Vahid” kafesində plandankənar yoxlamanın aparılması fiziki şəxs tərəfindən müraciəti (məlumat) əsasında qərara alınmışdır. İşə əlavə olunmuş 26 avqust 2024-cü il tarixli, Ky242141907 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Qida X3 Vahid Bəkir oğlunun sahibliyində ********* VÖEN-i ilə olan Y4783 kafesini nəzarət növündə plandakənar şəkildə yoxlayıcı şəxslər X7 və X4 tərəfindən yoxlaması qərara alınmışdır. İşə əlavə olunmuş X7 və X4 tərəfindən tərtib edilmiş 29 avqust 2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Qida X1 X6 xx.xx.2024-cü il MARB- YPK-065 nömrəli Qərarına və Sahibkarlıq sahəsində aparılan yoxlamalar vahid məlumat Reyestrindən xx.xx.2024-cü il tarixli Ky242141907 nömrəli Çıxarışına əsasən yoxlama keçimək üçün ünvan 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Şəxs məxsus “Vahid” kafeyə baxış və yoxlama keçirtmək məqsədilə gəlinmişdir. Sahibkar Şəxs yoxlamanın keçirilməsinə şərait yaratmadı. Qeyd olunan səbəbdən yoxlama keçirtmək mümkün olmadı. İşə əlavə olunmuş Şəxs, X7 və X4 tərəfindən tərtib edilmiş 28 avqust 2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Qida X1 X6 xx.xx.2024-cü il MARB-YPK-065 nömrəli Qərarına və Sahibkarlıq sahəsində aparılan yoxlamalar vahid məlumat Reyestrindən xx.xx.2024-cü il tarixli Ky242141907 nömrəli Çıxarışına əsasən yoxlama keçirmək üçün ünvan 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Şəxs məxsus “Vahid” kafeyə baxış keçirtmək və yoxlama aparmaq mümkün olmadı. Sahibkar Şəxs (VÖEN:**********) yoxlamanın keçirilməsinə şərait yaratmadı. Qeyd olunan səbəbdən yoxlama keçirtmək mümkün olmadı. İşə əlavə olunmuş MN ******* nömrəli inzibati xəta haqqında 29 avqust 2024-cü protokoldan görünür ki, ünvan 3 ünvanında fəaliyyət göstərən “Vahid” kafesində xx.xx.2024-cü tarixdə, saat 15:30-da istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamanın və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin səlahiyyətli şəxsinin yerinə buraxılmamışdır. İşə əlavə olunmuş məhkəmə iclası zamanı baxış keçirilmiş CD-diskdən görünür ki, Şəxs AQTA-nın vəzifəli şəxslərinə yoxlama keçirməyə şərait yaratmır, əksinə maneçilik törədir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs fəaliyyət göstərən ərzaq məhsullarının satışı mağazasında yoxlamanın keçirilməsi üçün şərait yaradılmamış və qanuni yoxlamanın keçirilməsinə maneçilik törədilmişdir. Həmin hal isə məhkəmə iclası zamanı baxış keçirilmiş CD-diskdə olan video görüntülərlə tam sübuta yetirilir. Bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, CD-diskdəki video görüntülərlə, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinin tərkibi var və o bu maddə ilə inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmalıdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs maddi vəziyyətini nəzərə alınaraq, İXM-nin 116-cı maddəsinə əsasən inzibati cərimə şərti tətbiq edilməli, törətdiyi hüquqpozmanı aradan qaldırmaq üçün müddət müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393- 1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Şəxs hüquqpozma aradan qaldırılmasa, bu halda qərarda nəzərdə tutulan cərimə ödənilməli olduğu izah edilməlidir. Həmçinin Şəxs hüquqpozmanı aradan qaldırılması barədə məhkəməyə məlumat verməsi izah edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə əsasən Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114,116, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Əliyev X5 Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat cərimə olunsun. İnzibati cərimə İXM-nin 116-cı maddəsinə əsasən şərti tədbiq edilsin. Hüquqpozmanı aradan qaldırmaq üçün bir ay müddət müəyyən olunsun. Şəxs hüquqpozma aradan qaldırılmasa, bu halda qərarda nəzərdə tutulan cərimə ödənilməli olduğu izah edilsin. Həmçinin Şəxs hüquqpozmanı aradan qaldırılması barədə məhkəməyə məlumat verməsi izah edilsin. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar