Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-599/2021 03.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, 15.07.1984-cü ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan X17 oğlunun iştirakı ilə X10 tərəfindən məhkəməyə göndərilmiş şikayətə və ona əlavə olunmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi: X17 oğlu Bakı şəhəri DYPİ-nin 19.04.2021-ci il tarixli TP ******* saylı X11 Haqqında Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. X17 oğlu Mingəçevir şəhər Məhkəməsinə şikayətlə müraciət edərək, ona heç bir əsas və dəlil olmadan tərtib edilmiş inzibati xəta haqqında 1 ədəd İXP ******* nömrəli protokol üzrə çıxarılmış X11 haqqında qərarın (TP 4320104) (sürücülük vəsiqəsinin etibarlılıq müddəti 21.10.2021-ci il tarixdə bitəcəyi nəzərə alınaraq) qısa zamanda ləğv edilməsi üçün müvafiq qaydada qərar verilməsini xahiş etmişdir. X17 oğlu şikayətinə uyğun izahat verdi və əlavə olaraq göstədi ki, 08.07.2020-ci il tarixdə idarə etdiyi VAZ 21154 markalı 10ZN425 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən DYP-nin nümayəndəsi polis serjantı X6 tərəfindən heç bir əsas və dəlil olmadan İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələrinə əsasən cərimə olunmuşdur. Ona inzibati xəta haqqında 2 ədəd İXP ******* və İXP ******* nömrəli protokollar tərtib edilmiş və 22.07.2020-ci il tarixdə X11 haqqında qərar (TP 3826693, TP 3826691) verilmişdir. Verilmiş qərarlardan şikayət etmiş və Mingəçevir şəhər Məhkəməsinin hakimi Məhburə Kərimovanın rəhbərliyi ilə 12.10.2020-ci il tarixli 3(051)-445\2020 saylı qərarı ilə yuxarıda həmin qərarlar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. 19.04.2021-ci il tarixdə Bakı şəhər DYPİ-nin polis mayoru X8 tərəfindən 08.07.2020-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli protokola əsasən 19.04.2021-ci il tarixdə X11 haqqında qərar (TP 4320104) verilmişdir. Məhkəmədən ona heç bir əsas və dəlil olmadan tərtib edilmiş inzibati xəta haqqında 1 ədəd İXP ******* nömrəli protokol üzrə çıxarılmış X11 haqqında qərarın (TP 4320104) (sürücülük vəsiqəsinin etibarlılıq müddəti 21.10.2021-ci il tarixdə bitəcəyi nəzərə alınaraq) qısa zamanda ləğv edilməsi üçün müvafiq qaydada qərar verilməsini xahiş edir. Bakı şəhəri DYPİ-nin polis mayoru X7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İXM-nin 133.2.4-cü maddəsinəəsasən X2 iştirakı olmadan baxılmasını ümükün hesab etmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 12.10.2020-ci il tarixli, 3(051)- 445/2020 saylı Qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.4-cü maddələri ilə məsuliyyətə cəlb olunması barədə Bakı şəhəri DYPİ-nin inspektoru, polis mayoru X2 TP ******* №-li 22.07.2020-ci il tarixli və 327.2ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə TP ******* №-li 22.07.2020-ci il tarixli qərarlarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini qərara almışdır. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin 28.01.2021-ci il tarixli 3(107)- 30/2021 saylı Qərarından görünür ki, Bakı şəhər BPİ DYPİ-nin rəisi polis polkovniki Rəşid Piriyevin şikayəti qismən təmin edilmiş və Mingəçevir şəhər Məhkəməsinin 12 oktyabr 2020ci il tarixli, 3(051)-445/2021 nömrəli qərarı ləğv edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 09.03.2021-ci il tarixli, 3(051)295/2021 saylı Qərarından görünür ki, Bakı şəhəri BPİ DYPİ-nin inspektoru, polis mayoru X3 TP ******* №-li 22.07.2020-ci il tarixli və TP ******* №-li 22.07.2020-ci il tarixli qərarları ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Baş Polis İdarəsinə göndərilmişdir. İşə əlavə olunmuş Bakı şəhəri DYPİ-nin 19.04.2021-ci il tarixli TP ******* saylı X11 Haqqında Qərarından görünür ki, 08.07.2020-ci il tarixində, saat 14:26-da Salamzadə küçəsi C.Səlimov küçəsi ərazidə VAZ 21154 Minik markalı 10ZN425 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə səbəbindən X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, ona görə də X10 barəsində100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İşə əlavə olunmuş 06.11.2018-ci il tarixdə verilmiş MN № ******* saylı Şəxsi Vəsiqədən görünür ki, X10 N nömrəli hərbi hissədə hərbi xidmətdədir və “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayətinə baxıb, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında X17 oğlunun İXM-nin müvafiq maddələrində göstərilən qaydaları pozması müəyyən olunmamışdır. Bundan əlavə iş materiallarından da görünür ki, hazırki mübahisə üzrə Mingəçevir şəhər Məhkəməsində qərar çıxarılmış və həmin qərar Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarı ləğv etmə səbəbi protokollara əsassız xitam verilməsi deyil, Bakı şəhəri BPİ-nin DYPİ-nin əməkdaşının şəxsin eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətməsinə baxmayaraq, inzibati xətanın hər birinə görə ayrılıqda protokol tərtib etməsi və protokolların kserosurət olması və oxunaqlı vəziyyətdə olmaması və həmin halların Mingəçevir Şəhər Məhkəməsinin nəzərə almaması olmuşdur. İş Mingəçevir şəhər Məhkəməsi tərəfindən yenidən baxılması üçün Bakı şəhəri Baş Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri DYPİ polis mayoru X9 tərəfindən X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsi, ona görə də X10 barəsində 100 manat məbləğində cərimə edilməsi barədə qərar verilmişdir. Şiakyətə baxılması ilə əlaqədar Bakı şəhəri BPİ-nin DYPİ-nin qərarından şikayət verilmiş əməkdaşın məhkəmə iclasında iştirakı təmin olunmamış, X5 həmin maddələrdə göstərilən inzibati xətaları törətməsinə dair yetərincə dəlil irəli sürülməmiş və həmin xətaların törədilməsi sübut oluna bilməmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, X17 oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. X17 oğlunun əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilıir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X17 oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.4-cü maddələrin tərkibi olması sübut olunmadığına görə barəsində olan Bakı şəhəri BPİ-nin DYPİ-nin polis mayoru X7 tərəfindən qəbul edilmiş 19.04.2021-ci il tarixli, TP ******* saylı X11 Haqqında Qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X17 oğlunun barəsində olan Bakı şəhəri BPİ-nin DYPİ-nin polis mayoru X7 tərəfindən qəbul edilmiş 19.04.2021-ci il tarixli, TP ******* saylı X11 Haqqında Qərar ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-599/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-599/2021
03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver