Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-599/2022 07.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Barəsində qərar çıxarılmış: X1 iştirakı ilə DYP-nin Bakı Qazax yolunun 99-cu km yerləşən stasionar postun vəzifəli şəxsinin X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DYP-nin Bakı Qazax yolunun 99-cu km yerləşən stasionar postun vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X2 DYP-nin Bakı Qazax yolunun 99-cu km-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, barəsində xx.xx.2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən Bakı Qazax yolu 99-cu km ünvanında barəmdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiyim protokolla əlaqədar həmin gün yəni xx.xx.2022-ci il tarixdə Bakı Qazax yolunda Dövlət yol polisinin avtonəqliyyat vasitəsi ilə mənə saxla əmri vermiş və o, sağa çəkərək avtonəqliyyat vasitəmi saxlamışdır. Dövlət yol polisinin əməkdaşı inspektor Həsənov(özünü bu formada təqdim etmiş) sənədlərimi yoxladıqdan sonra (hamsı qaydasında olduğu müəyyən olundu inspektor tərəfindən) ona bildirmişdir ki, dövlət yol polisinin stasionar postunu keçerkən saxla əmrini pozduğumu bildirmişdir. Lakin o, öz etirazını bildirərək onu saxlamadığını, belə bir faktın ona aid olmadığını və inzibati xəta törətdiyi iddia olunan fakta görə sübutların ona təqdim olunmasını xahiş etsədə heç bir sübut ona təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında İXP ******* nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil və aşağıda göstərdiyi əsaslara görə sözügedən inzibati xəta haqqında protokol və inzibati tənbeh etmə haqqında qərar ləğv edilməli, tətbiq edilmiş cərimə balı silinməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlkin olaraq onun inzibati xəta törətməyi sübuta yetirilmədiyi halda barəsində xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Lakin İXP ******* nömrəli protokolu tərtib edən vəzifəli şəxs inzibati xəta törədilməsini və onun tərəfindən törədilməsini sübut etmə vəzifəsi onun üzərində olduğu və sübut edə bilmədiyi halda əsassız olaraq protokol tərtib etmişdir. Tərtib edilmiş İXP ******* nömrəli protokolda inzibati xəta haqqında protokolun tərtib olunma yeri Bakı Qazax yolu 93.4-cü km ünvanı olmasına baxmayaraq, protokolda protokolun tərtib olunma yeri kimi Bakı Qazax yolu 99-cu km qeyd edilmişdir. Sözügedən protokol elektron tərtib edildiyi və göründüyü kimi İXM ilə nəzərdə tutulmuş hüquq vəzifələri ona izah edilməmiş və bu barədə protokola qeyd aparılmamışdır. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən təqsirli bilinməyi üçün ilk növbədə müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini vermiş olmasının mövcudluğu və hansı formada verməsi halı sübut olunmadır ki, onun barəsində sözügedən protokol və müvafiq qərar qəbul olunsun. Ancaq Bakı - Qazax - Gürcüstan sərhədi yolunun 93,4 km-də yerləşən stasionar postda ona nəqliyyat vasitəsini saxlamaq tələbi verilməmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X2 şikayətin dəlillərini müdafiə edərək, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli protokolun və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, tətbiq edilmiş 4 cərimə balının silinməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Qərarı barəsində şikayət verilmiş DYP-nin Bakı Qazax yolunun 99-cu km də yerləşən stasionar posta məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, məhkəmə prosesində iştirakı təmin edilməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-in 327.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, sözügedən protokol elektron tərtib edildiyi və göründüyü kimi İXM ilə nəzərdə tutulmuş hüquq vəzifələri barəsində protokol tərtib edilmiş şəxsə izah edilməmiş və bu barədə protokola qeyd aparılmamışdır. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən şəxsin təqsirli bilinməyi üçün ilk növbədə müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini vermiş olmasının mövcudluğu və hansı formada verməsi halı sübut olunmadır ki, onun barəsində protokol və müvafiq qərar qəbul olunsun. Lkain Bakı - Qazax - Gürcüstan sərhədi yolunun 93,4 km-də yerləşən stasionar postda ona nəqliyyat vasitəsini saxlamaq tələbi verilməmişdir.“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin qeyd hissəinə əsasən nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir. Lakin stasionar postda ona nəqliyyat vasitəsini saxlamaq tələbi verilməmiş, onun aydın şəkildə görə biləcəyi şəkildə verilmədiyinə və ya digər hərəkət iştirakçıları üçün verilmiş tələbə görə sonradan onun inzibati xəta törətməyi kimi qiymətləndirilməsi onun inzibati məsuliyyətə cəlb olunmağı əsas vermir və nəqliyyat vasitəsini saxlamaq tələbinin ona ünvanladığı sübuta yetirilməlidir. Həmçinin qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında X1 qeyd olunan qanun pozuntusuna yol verdiyini göstərsə də, bu barədə hər hansı əsaslı sübut təqdim etməmişdir. Bununla da görünür ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.3–cü maddəsinin tələblərinin pozulması və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X1 əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, barəsində protokol tərtib edilmiş X1 əməlində İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulmuş pozuntunun yol verilməsinə səbəb olan hallar aşkar edilməmişdir. Bu hal isə onun təqsirli olmasına əsaslı şübhələr yaradır və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmadığı qənaətinə gəlməyə imkan verir. Ona görə də görə də məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.3-ci maddəsinin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə X1 inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı əməldə inzibati xəta tərkibi olmadığına görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1 -ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1 -ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokolda İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş vəzifəli şəxsin vəzifəsi olmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, DYP-nin Bakı Qazax yolunun 99-cu km-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilməsinə dair DYP-nin Bakı Qazax yolunun 99-cu km yerləşən stasionar postun vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-599/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-599/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver