Məhkəmə qərarları › İş №3(051)-6/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-6/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-6/2023 14.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1–ci maddəsi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs Bərdə rayon Məhkəməsinin 2(021)- 640/2020 saylı 21 avqust 2020-ci il tarixli icra vərəqəsi üzrə yaranmış 3572 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-640/2020 saylı 21 avqust 2020-ci il tarixli icra vərəqəsi üzrə yaranmış 3572 manat aliment borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Bərdə rayon Məhkəməsinin 2(021)-640/2020 saylı 21 avqust 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş Şəbnəm və xx.xx.2010-cu il tarixdə doğulmuş Emil adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 avqust 2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X1 verilməsi qət edilmişdir. İşdə olan Yevlax RMX-nın Vərəm şöbəsi tərəfindən məhkəməyə göndərilmiş 802 №-li xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 1983-cü il təvəllüdlü İsayev X2 Vərəm Əleyhinə Xəstəxanada xx.xx.2022-ci il tarixdən stasionar şəraitdə ağciyərin sağ tərəfli ocaqlı vərəmi diaqnozu ilə müalicə olunur. Hal-hazırda stasionar şəraitdə müalicəsini davam etdirir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-488/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 104.1.2-ci maddəsinə əsasən Şəxs xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirakı mümkün olmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan iş üzrə icraat dayandırılmışdır. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati tənbeh tətbiq etmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İsayev X2 Vərəm Əleyhinə Xəstəxanada xx.xx.2022-ci il tarixdən stasionar şəraitdə ağciyərin sağ tərəfli ocaqlı vərəmi diaqnozu ilə müalicə olunduğundan, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirakı mümkün olmadığından qərar qəbul edilmiş və inzibati xəta haqında işin icraatı dayandırılmışdır. İnzibati xətanın xx.xx.2022-ci il tarixdə törədildiyini nəzərə alsaq, hazırkı vaxtda inzibati xətanın törədildiyi vaxtdan bir il müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətadan Azərbaycan Respublikası İXM–in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM–in 53.1.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar