Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-6/2024 23.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı, 09 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati məsuliyyətdən azad edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, qərarda qeyd edilmişdir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 13 may 2023-cü il tarixində ünvan 1 ünvanda X3 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyəti göstərilməsi (kosmetoloq) faktı aşkar edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nın 210.1-ci maddəsi ilə 2000 manat məbləğində cərimə tətbiq edilmişdir. Qərarı əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları ümumiyyətcə onun fəaliyyət göstərdiyi gözəllik salonuna gəlməmiş, hər hansı bir yoxlama həyata keçirməmişlər. Yazılmış inzibati protokolun hansı şəraitdə və kim tərəfindən yazılmasından xəbəri yoxdur. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Sənan Hacıməmmədov tərəfindən icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və həmin gün ona məlum olmuşdur ki, barəsində qeyd olunan qərar qəbul olunmuşdur. Onun məşğul olduğu fəaliyyət növü kosmetoloji fəaliyyət hesab olunmur. Onun fəaliyyəti fərdi qaydada fəaliyyət göstərən bərbər sayılır. Asan xidmət mərkəzində məlumat əldə edərək bilmişdir ki, lazer fəaliyyəti üzrə göstərilən xidmət lisenziya tələb edən xidmət növü hesab edilmir. Odur ki, məhkəmədən onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2000 manat cərimə olunmağı barədə MN ******* №li 09 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 məhkəmə iclası zamanı şikayətə uyğun izahat verərək, X7 uçotu haqqında şəhadətnaməni təqdim edərək vergi ödəyicisi olduğunu bildirdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, məhkəmə prosesində iştirakı təmin edilməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün inzibati orqana qaytarılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində Mingəçevir ŞPŞ tərəfindən keçirilmiş nəzarət zamanı lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olduğu üçün barəsində Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli tərəflər arasında bağlanan icarə müqaviləsindən görünür ki, X4 onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X2 icarəyə vermişdir. X7 Uçotu haqqında Şəhadətnamədən görünür ki, X3 vergi ödəyicisi kimi qeydiyyatdadır. 09 iyun 2023-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(051)-737/2023 saylı qərarına əsasən T.Əmirovanın şikayət qismən təmin edilmiş, X1 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09 iyun 2023-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(051)-737/2023 saylı qərarından narazı qalaraq apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(107)-350/2023 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin qeyd olunan qərarı, o cümlədən həmin məhkəmənin “inzibati xəta haqqında işin icraata qəbul edilməsi barədə” 22 sentyabr 2023-cü il tarixli, 3(051)- 737/2023-cü nömrəli qərardadı və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09 iyun 2023-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin (vəsatət) təmin edilməsi barədə” 11 oktyabr 2023-cü il tarixli, 3(051)-737/2023-cü nömrəli qərardadı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-6/2024 saylı qərardadı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddəti X2 münasibətdə bərpa edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 17-ci maddəsinin qeyd hissəsinə görə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Əməlin inzibati xəta kimi qiymətləndirilməsi üçün onun tərkib elementləri- obyekti, subyekti, obyektiv cəhəti, subyektiv cəhəti birlikdə mövcud olmalıdır. İşdən müəyyən olunur k, X3 vergi ödəyicisi olmasına baxmayaraq, o, fiziki şəxs kimi cərimə edilmişdir. (X7 Uçotu haqqında Şəhadətnamədən görünür ki, X3 vergi ödəyicisi kimi qeydiyyatdadır) Bununla da inzibati xəta tərkibinin elementi-subyekti düzgün müəyyənləşdirilməmişdir. Məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 09 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09 iyun 2023-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-6/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-6/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver