Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-6/2025 06.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Rəhimov X2 şəhər Məhkəməsinin 2(051)- 4700/2016 №li xx.xx.2016-cı il tarixli icra sənədi üzrə yaranmış 2430 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta törətmiş Şəxs qaçıb gizlənsə də, inzibati xətanın törədildiyi vaxtdan bir ildən çox müddət keçmişdir. Ona görə də onun inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar mövcuddur. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-4700/2016 №li xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə yaranmış 2430 manat məbləğində aliment borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-4700/2016 №li xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2004-cü ildə doğulmuş Fəridə, xx.xx.2005-ci ildə doğulmuş Aişə və xx.xx.2008-ci ildə doğulmuş Fatma adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 70 manat, cəmi 210 manat alimentin hər ay tutulub, X1 verilməsi, alimentin tutulmasına 09 sentyabr 2016-cı ildən başlanması qət edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-173/2024 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 3(051)- 173/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən şikayət verilmiş, həmin şikayət inzibati işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(107)-180/2024 saylı qərarı ilə Zərərçəkmiş şəxs şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 3(051)-173/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-173/2024 saylı qərardadından görünür ki, xx.xx.1982-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Şəxs məhkəmə iclasına gəlmədiyi üçün 16 iyul 2024-cü il tarixə saat 10:30-da məhkəmə iclasına gətirilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-173/2024 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olduğu yer müəyyən edilənədək inzibati xəta haqqında işin icraatının dayandırılması qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyevin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yaşayan Şəxs göstərilən ünvanda yoxdur yaşamır, Şəxs yaşamaması barədə Mingəçevir şəhər 4 saylı MİS-dən arayış alınmışdır. 4 saylı MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 202 saylı arayışdan görünür ki, Rəhimov X2 şəhəri, H.Əliyev prospekti, ev 72, mənzil 44 ünvanında qeydiyyatdadır, lakin orada yaşamır. İşdə olan Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Rəhimov X2 şəhəri, H.Əliyev prospekti, ev 72, mənzil 44 ünvanında yoxdur yaşamır, Şəxs göstərilən ünvanda yaşamaması barədə ünvan 4evir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(051)-6/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati tənbeh tətbiq etmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs olduğu yer müəyyən edilənədək xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında işin icraatı dayandırılmışdır. İnzibati xətanın xx.xx.2024-cü il tarixdə törədildiyini nəzərə alsaq, hazırkı vaxtda inzibati xətanın törədildiyi vaxtdan bir ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətadan Azərbaycan Respublikası İXM–in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM–in 53.1.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-6/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-6/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver