Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-60/2021 07.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ İş № 3(051)-60/2021 Mingəçevir Şəhər Məhkəməsi hakiminin İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ QƏRARİ xx xxxxxx 2021-ci ildə Mingəçevir şəhərində Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: X3 və onun vəkili X4 Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhəridə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı, ünvan 2 ünvanında yerləşən evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı anası, X2 döyərək onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və ifadəsində göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 3 ünvanında olarkən arvadı Süleymanzadə Səyalı Rövşən qızı ona anası X1 nalayiq sözlər dediyini bildirmiş, bu səbəbdən də o, anası ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı anası İlahənin qollarında tutub sıxmış və onu uşaq yatan otağa doğru çəkmiş, lakin həmin vaxt onu vurmamışdır. O, həmçinin izahatında dəmirçi işlədiyini, ona görə də əli ağır olduğunu və bu səbəbdən də anasının bədənində xəsarətlər yarandığını bildirmişdir. Anasını döymək niyyətində olmamışdır. Əməlindən peşimandır. Odur ki, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanında oğlu Taleh Süleymanov ondan nə üçün onun arvadı Səyalı Süleymanova nalayiq sözlər dediyini soruşmuş, o isə cavabında Səyalıya heç nə demədiyini bildirmişdir. Bundan sonra onunla Taleh arasında mübahisə yaranmış, mübahisə zamanı Taleh əlləri ilə onun bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. O, həmçinin izahatında gəlini Səyalı ilə 4 (dörd) aydır ki, danışmadığını və bu səbəbdən də ona hər hansı nalayiq söz demədiyini bildirmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli, 689 saylı ekspert rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - sol çiyin qurşağında, sol bazuda və sağ sifətində qançırlar küt əşyanın (alətin-lərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 3 ünvanında X2 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Məhkəmə, Şəxs məhkəmə iclası zamanı izahatında göstərdiyi dəlillərə qiymət verərək hesab edir ki, həmin dəlillərin heç bir əsası yoxdur. Belə ki, Şəxs məhkəmə iclası zamanı zərərçəkmiş şəxsi vurmadığını bildirsə də, həmin hallar məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Eləcə də, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxsin qollarından tutaraq sıxdığını və uşaq yatan otağa doğru çəkdiyini etiraf etmişdir. Göründüyü kimi inzibati xəta törətmiş şəxs formal mülahizələrlə inzibati xəta törətmədiyini bildirməklə, məsuliyyətdən yayınmaq istəyir. Ona görə də, məhkəmə Şəxs məhkəmə iclası zamanı bildirdiklərinə tənqidi yanaşır və nəzərə almır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, zərər çəkmiş şəxsin inzibati xəta törətmiş şəxsin doğma anası olduğundan, habelə tərəflər arasında ailə münaqişəsi zəminində mübahisəli vəziyyət yarandığından, Şəxs məhkəmə iclası zamanı bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini və inzibati xətanı qəsdən və öz doğma nasına qarşı törətməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx xxxxxx 2021–ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-60/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-60/2021
07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver