Məhkəmə qərarları › İş №3(051)-600/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-600/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-600/2023 31.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağdaş rayon Qoşaqovaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 510-cu və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Mingəçevir şəhəri Polis Şöbəsinin yaxınlığında küçədə ucadan səs-küy salaraq, ünvansız, nalayiq ifadələr işlədərək və polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq qəsdən ictimai qaydanı pozmuşdur. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında iştirak etməmişdir. İşə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Mingəçevir ŞPŞ-nin inzibati binasının yaxınlığında küçədə ucadan səs-küy salıb ünvansız nalayiq ifadələr işlətmiş,həmçinin ona yaxınlaşaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Həmçinin inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixdə, 18 radələrində Mingəçevir ŞPŞ-nin inzibati binasının yaxınlığında ünvansız nalayiq ifadələr işlədərək ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. İnzibati xəta haqqında iş üzrə icraata əsasən barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs təqsirliliyi sübuta yetirilməmiş, o cümlədən İXM-nin 8.3-cü maddəsinə əsasən toplanmış sübutlar, barəsində inzibati xəta haqında protokol tərtib olunmuş şəxsin təqsirli olunmasına şübhə yarandığı üçün həmin şübhələr də şəxsin xeyrinə yozulmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, əldə edilmiş sübutlar inzibati tənbeh tədbirlərinin görülməsi üçün kifayət deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə təqsirliliyi sübuta yetirilməmə əsası ilə xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar