Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-600/2025 05.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, barəsində inzibati protokol tərtib edilmiş şəxsin müdafiəçisi X3, zərərçəkmiş şəxs X4 iştirakı ilə xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(051)-81/2025 saylı icra sənədinə əsasən borclu Şəxs özünün iştirakı olmadan Barış və Safurə adlı uşaqların hər həftənin şənbə günü 11:00-dan 18:00dək olan müddət ərzində X7 ilə görüşməsinə icazə verməmişdir. Belə ki, görüş vaxtı şənbə günü nəzərdə tutulsa da tərəflərlə razılaşdırılaraq 5-ci günə keçirilmişdir. Zərərçəkmiş atanın iştirakı olmadan uşaqlarla görüşmək istəsə də, barəsində protokol tərtib edilmiş şəxs onun iştirakı ilə görüş keçirilməsini istəmişdir. Beləliklə o, icra sənədini icra etməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra sənədini qəsdən icra etmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmişdir. Protokolun dəlillərini müdafiə edir və inzibati xəta törədən şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, uşaqların ana ilə görüşməsinə etirazı yoxdur. Uşaqların aparılmasına etirazı var. Ona görə də özünün iştirakını vacib bilir. İcra sənədinin icrasından yayınmır. Ona gördə inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 izahat verərək bildirdi ki, Ömərov X1 Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(051)-81/2025 saylı icra sənədinin icrasında boyun qaçırmır, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuzdur, ona görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən X7 izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(051)-81/2025 saylı icra sənədinə əsasən borclu Şəxs iştirakı olmadan Barış və Safurə adlı uşaqları ilə hər həftənin şənbə günü 11:00-dan 18:00-dək olan müddət ərzində görüşməsi müəyyən edilmişdir. Görüş vaxtı şənbə günü nəzərdə tutulsa da tərəflərlə razılaşdırılaraq 5-ci günə keçirilmişdir. Borclu Şəxs görüşə maneə yaradır. Ona görə də onun barəsində inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Ömərov X1 Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(051)- 81/2025 saylı icra vərəqəsi üzrə özünün iştirakı olmadan Barış və Safurə adlı uşaqların hər həftənin şənbə günü 11:00-dan 18:00-dək olan müddət ərzində X7 ilə görüşməsinə icazə verməmişdir. xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(051)-81/2025 saylı icra sənədi üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. xx.xx.2023-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(051)-81/2025 saylı icra sənədi üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. xx.xx.2025-ci il tarixdə borclu Şəxs Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(051)- 81/2025 saylı icra sənədi üzrə izahatı alınmışdır. Tətbiq edilən hüquq: İcra haqqında Azərbaycan Respublikasının Qanununun aşaıdakı maddələrinə əsasən: 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin mövqeyi: Barəsində inzibati protokol tərtib edilmiş şəxsin özünün izahatı, digər inzibati proses iştirakçılarının izahatları, iş materialı ilə təsdiq edilir ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, işdə olan sübutlar və məhkəmə iclasında verilmiş izahatlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini, barəsində protokol tərtib edilmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-600/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-600/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver