Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-601/2022 27.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Mingəçevir şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1963-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 157-ci maddəsi ilə inzibati icraat materiallarına açıq məhkəmə iclasında baxaraq Q Ə R A R A A L D İ M: Mingəçevir şəhər prokuroru tərəfindən məhkəməyə göndərilmiş inzibati materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 22 avqust 2022-ci il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında həkim Qanuni nümayəndə qəbulunda olarkən Qanuni nümayəndə uşağı Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirərək döymüşdür. Mingəçevir şəhər prokurorunun köməkçisi X3 məhkəmə iclasında bildirdi ki, Qanuni nümayəndə və Şəxs şikayətləri əsasında Mingəçevir şəhər polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılaraq material aidiyyəti üzrə şəhər prokurorluğuna göndərilmişdir. Şəxs 22 avqust 2022-ci il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında həkim Qanuni nümayəndə qəbulunda olarkən Qanuni nümayəndə uşağı Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirərək döymüşdür. Ona görə də Mingəçevir şəhər prokurorunun qərarı ilə ünvan 1 ünvanında yaşayan Şəxs barəsində İXM-nin 157-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ünvan 1 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində 2 yaşlı nəvəsi X1 qolunda ağ ləkə olduğu üçün ailə həkimindən göndəriş alıb Qanuni nümayəndə adlı həkimin Mingəçevir ŞMX-da yerləşən iş otağına getdi. Otağa daxil olan zaman Qanuni nümayəndə stolunun üzərinə ailə həkimindən aldığı göndərişi qoyaraq azyaşlı nəvəsi İsmayılın sol qolunda olan ağ ləkəni göstərdi. Bu zaman Qanuni nümayəndə nəvəsinin qoluna baxmadan stolun üzərinə qoymuş olduğu göndərişi əli ilə götürüb onun üstünə ataraq özəl xəstəxanaya getməyini bildirdi. O isə maddi vəziyyətinin aşağı olduğunu, imkanının olmadığını deyəndə Qanuni nümayəndə onun üzərinə uca səslə qışqırmağa başladı. Otaqdan çölə çıxmaq istəyən zaman Qanuni nümayəndə azyaşlı oğlu Əli onun üzərinə gələrək yumruqla sol qoluna vurdu. Əli yenidən vurmaq üçün üstünə gələn zaman o da özünü müdafiə məqsədilə Əlinin əlini geri itələdi, bu zaman Əlinin öz əli özünün üzünün sol tərəfinə dəydi. Sonra Qanuni nümayəndə iş otağında olan stulu götürüb yerə vurub otağı tərk etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Qanuni nümayəndə onun anasıdır. Anası xəstəxanada həkim işləyir. xx.xx.2022-ci il tarixdə səhər yuxudan durandan sonra özünü narahat hiss etdi, xəstələnmişdi. Həmin vaxt anası işdə idi. Anasına zəng edib onun xəstələndiyini bildirdilər, anası da dedi ki, evə gələ bilmir, uşağı xəstəxanaya gətirsinlər, xəstəxanada ona baxsın. Onu anasının yanına apardılar. O, anasının otağında olan zaman Cəmilə adlı bir qadın uşaqla içəri daxil oldu və nəvəsinin qolunda ağ ləkələr olduğunu bildirib, uşağı müalicə etməyi anasına dedi. Anası uşağın qoluna baxıb həmin sahənin həkimi olmadığını bildirdi. Həmin qadın anası ilə mübahisə etməyə başladı, anasına pis sözlər deyirdi, qarğış edirdi. O da qadına anasına nalayiq sözlər deməməsini dedikdə həmin qadın sillə ilə onun üzünə vurdu, sonra stulu götürüb onu vurmaq istədi, lakin otaqda olan tibb bacısı stulu qadının əlindən aldı. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir ŞMX-da uşaq şöbəsinin müdiri işləyir. Zərərçəkmiş şəxs onun oğludur. xx.xx.2022-ci ildə işdə olan zaman evdən zəng edib dedilər ki, oğlu Əli xəstələnib, narahatdır. O, işdə olduğuna görə evə gedə bilmədiyi üçün dedi ki, uşağı yanına gətirsinlər, xəstəxanada müayinə olunsun. Ona görə də Əlini evdən onun yanına gətirdilər. Saat 12 radələrində Mingəçevir ŞMX-da yerləşən iş otağında olan zaman Şəxs və onun azyaşlı nəvəsi X4 onun iş otağına gələrək İsmayılın sol qolunda ağ ləkə olduğunu bildirərək ondan tibbi yardım göstərməyini istədi. Tibbi yardım göstərməyi üçün Şəxs adına qeydiyyata keçmiş sənəd alıb-almamasını soruşduğu zaman ona məlum oldu ki, adına qeydiyyata keçmiş sənəd alınmayıb. Buna görə də o, Şəxs sənəd alıb, daha sonra gəlməsini bildirdi. Bu zaman Şəxs buna etiraz edərək İsmayıl İbişsoyun qoluna baxmasını tələb etdi. O da İsmayılın sol qoluna baxıb ağ ləkəni gördü və həmin xəstəliyin onun ixtisası olmadığını bildirdi, dəri həkiminə getməsini təklif etdi. Şəxs dəri həkiminin məzuniyyətdə olduğunu dedi. O isə bu xəstəliyin həyatı təhlükəli xəstəlik olmadığını, dəri həkiminin məzuniyyətdən gəlməsini gözləmələrini, ya da hər hansı özəl xəstəxanaya getmələrini məsləhət gördü. Buna görə də Şəxs ona nalayiq ifadələr işlətdi, qarğışlar etdi. Oğlu Zərərçəkmiş şəxs Şəxs niyə anasına qarşı belə sözlər deməsini soruşan zaman, Şəxs oğlunun üzünün sağ tərəfinə sillə ilə vurub, daha sonra otaqda olan stulu Əlinin üzərinə atmaq istədi, lakin həmin vaxt otaqda olan tibb bacısı Gülnarə Abdullayeva stulu tutmuşdur. Ona görə də stul Əliyə dəyməmişdir. Daha sonra Şəxs azyaşlı nəvəsi İsmayıl İbişsoyla birlikdə onun iş otağını tərk etmişdir. İşə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 467 №li rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət-sağ sifətində alt çənə bucağında qançır küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Toplanmış sübutları məcmu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tərəflərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs qadın olmasını, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə göstərilən inzibati təhbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub Q ə r a r a a l d ım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-601/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-601/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver