Məhkəmə qərarları › İş №3(051)-601/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-601/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-601/2023 21.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1992–ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 510-cu və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Mingəçevir şəhər Polis şöbəsinin yaxınlığında ucadan səs-küy salaraq, ünvansız, nalayiq ifadələr işlədərək və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olamayaraq ictimai qaydanı pozmuşdur. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞ-nin inzibati binasının yaxınlığında ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur.Həmin vaxt səs-küyə görə polis əməkdaşları ona yaxınlaşmış nizam-intizama dəvət etmişlər.Lakin Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı pozan hərəkətinə davam etmişdir.Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. İşə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Mingəçevir şəhərinin Mingəçevir ŞPŞ-nin inzibati binasının yaxınlığında küçədə ucadan səs-küy salıb ünvansız nalayiq ifadələr işlədərək ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. İşə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixdə, 18 radələrində Mingəçevir ŞPŞ-nin inzibati binasın yaxınlığında ünvansız nalayiq ifadələr işlədərək ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən, sərxoş halda olması isə məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyi və həmin inzibati xətaya dair işlər hakimin səlahiyyətinə aid edildiyi üçün ona təqsirləndirildiyi daha ciddi xətaya İXM-nin 535.1-ci maddəsinin sanksiya çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdiriən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Şəxs barəsində aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmçinin məhkəmə hesab edir ki Şəxs inzibati qaydada tutulduğu üçün ona təyin edilmiş cərimə növündə inzibati xətanın yuxarı həddinini dördə üçündə çox olmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbinə görə İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in, 21,40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar