Məhkəmə qərarları › İş №3(051)-601/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-601/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-601/2025 24.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 iştirakı ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 29, mənzil 41-da yaşayan (FİN xxxxxxx) X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X13 tərəfindən xx.xx.2025-ci il tarixdə X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, X2 Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)- 89/2025 saylı icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən 1763 manat aliment borcu yaranmışdır. X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X13 bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)- 89/2025 saylı icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü Sultan və xx.xx.2013-cü il təvəllüdlü Sənan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 595/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər uşağa təyin edilmiş 100 (bir yüz manat) manat məbləğində tutulan aliment, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində hər uşaq üçün indeksasiya edilsin və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu X3 pul məbləğində aliment alınıb X1 verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclu icra idarəsində olmuş, tələbin könüllü icrası haqqında bildiriş ona təqdim edilmişdir. Bundan sonra da bir neçə dəfə icra idarəsinə çağırılaraq izahatları alınmış və qeyd olunan borcdan hal-hazıradək tələbkara heç bir ödəniş etməmişdir. Hal-hazırda tələbkara cəmi 1763 manat aliment borcu yaranmış, müxtəlif bəhanələr gətirərək borcun icra olunması ilə bağlı qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. İcra tədbirləri zamanı borclunun əmlakı da müəyyən edilməmişdir. Hazırda borclu yaranmış borcundan 300 manat ödəniş etmişdir. Göstərilən halları nəzərə alaraq borclu X11 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 bildirmişdir ki, hal-hazırda 1763 manat aliment borcu olduğunu qəbul edir, heç bir yerdə işləmədiyi üçün tələbkara olan borcunu ödəyə bilməmişdir. Lakin tez bir zamanda işləyərək borcunu ödəyəcəyinə söz verir. Hazırda borcundan 300 manat ödəniş edir. Maddi imkanının aşağı olduğunu nəzərə alaraq inzibati protokolun təmin olunmamasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-89/2025 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Sultan və xx.xx.2013-cü il təvəllüdlü Sənan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 595/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər uşağa təyin edilmiş 100 (bir yüz manat) manat məbləğində tutulan aliment, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində hər uşaq üçün indeksasiya edilsin və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu X3 pul məbləğində aliment alınıb X1 verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-89/2025 saylı icra vərəqəsi üzrə yaranmış 1763 manat aliment borcu X11 tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-89/2025 saylı icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu X10 göndərilmişdir. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən borclu X10 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(051)-89/2025 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu X11 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan X8 Mingəçevir şəhər İcra və Probasiya şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, borcu ödəyə bilməməyinin səbəbi kimi işsiz olmasını göstərmişdir. Elektron məhkəmə sistemindən əldə olunmuş məlumata əsasən borclu X8 adına dövlət reyestrində hər hansı daşınar və ya daşınmaz əmlak müəyyən olunmamışdır. Məhkəmə iclası zamanı təqdim olunmuş qəbzə əsasən borclunun aliment borcundan çıxılması üçün təqdim etdiyi 300 manat pul tələbkara verilməsi üçün icra məmuru tərəfindən qəbul olunmuşdur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra – İXM) 528.1ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli 8(051)-89/2025 saylı icra sənədinin icrasından bir ildən çox vaxt keçməsinə baxmayaraq borclu Elşad Qarayev tərəfindən icra olunmamış, bununla bağlı icra məmuru tərəfindən borcluya bir neçə dəfə xəbərdarlıq edilsə də borclu həmin xəbərdarlıqlardan heç bir nəticə çıxarmamışdır. Həmçinin borculunun icra sənədinin icrasından yayınması nəticəsində barəsində axtarış elan olunmuşdur. Hətta məhkəmə hesab edir ki, Fuad Məmmədovun izahatında qeyd etdiyi halları da(“işsiz olması”, “maddi imkanının aşağı olması” və s. ifadələri) üzrlü hesab etmək olmaz. Əks halda qeyd olunan hallar digər şəxslər tərəfindən də bəhanə kimi istifadə olunaraq məhkəmə qərarlarının icrasından kütləvi şəkildə yayınmağa, nəticədə məhkəmə qərarlarının icrasız qalmasına səbəb ola bilər. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, X8 hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. X8 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən borclu X8 məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən məhkəmə baxışı zamanı aliment borcunun bir qismini ödəməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar