Məhkəmə qərarları › İş №3(051)-602/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-602/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-602/2020 28.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,sürücü işləyən, evli, Ağdam rayonu Çəmənli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inbzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2020-ci il tarixdə saat 08:10-da Mingəçevir şəhəri “Alaqapı” adlanan giriş istiqamətində **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşıyaraq Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin qaydalarını pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bildi və izahatında göstərdi ki, o, uzun müddətdir ki, sərnişin daşıma fəaliyyəti ilə məşğul olur və bununla əlaqədar müvafiq sənədləri vardır. xx.xx.2020-ci il tarixdə saat 08:10-da özünə məxsus **-ZM-*** dövlət qeydiyyat nişanlı “Vito” markalı avtomobillə 3 nəfər sərnişin götürüb Bakı şəhərinə getmək istəsə də, Mingəçevir şəhəri “Alaqapı” adlanan ərazidə polis əməkdaşları onun avtomobilini saxlatmış, ona karantin qaydalarını pozduğunu bildirərək, Mingəçevir ŞPŞ-yə aparmışlar. Polis şöbəsində onun barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən onun barəsinə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokola, inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 08:10-da özünə məxsus **-ZM-*** dövlət qeydiyyat nişanlı “Vito” markalı avtomobillə 3 nəfər sərnişin götürüb Bakı şəhərinə getmək istəməklə Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi və işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında işüzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs Şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Beləliklə, məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, inzibati xətanı qəsdən törətməsini nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, Şəxs barəsində inzibati qaydada tutma haqqında qərar olmadığından o, məhkəmə iclas zalından dərhal həbs edilməli və həbsə almanın əvvəli xx.xx.2020-ci il tarixdən saat 17:45–dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2020-ci il tarixdən saat 17:45–dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası X1 Şöbəsinin rəhbərliyinə tapşırılsın. Qərardan, 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi : Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar