Məhkəmə qərarları › İş №3(051)-603/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-603/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-603/2023 24.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, xx xxxxxx 1974-cü ildə Ağdaş rayon Orta Ləki kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Mingəçevir şəhəri Şəfa bağ massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə X1 baldızı X2 məxsus Şəfa bağ massivində yerləşən fərdi yaşayış evindən 7(yeddi) ədəd parça yataq dəstini və 5(beş) ədəd əl-üz dəsmalını talayaraq zərəçəkmiş şəxsə ümumillikdə 95(doxsan beş) manat dəyərində ziyan vurmuşdur. Şəxs özünün təqsirli bilərək bildirdi ki, narkotik vasitə aludəçisi olduğu üçün 04 iyul 2023-cü il tarixdə X1 baldızı X2 məxsus Şəfa bağ massivində yerləşən fərdi yaşayış evindən 7(yeddi) ədəd parça yataq dəstini və 5(beş) ədəd əl-üz dəsmalını məxsus Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi yaşayış evindən oğurlamışdır. Oğurladığı əşyaları tanımadığı naməlum şəxslərə satmışdır. Hal-hazhırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Əməlindən peşmandır və qərar qəbul edərkuən bunu nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yer barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Zərərçəkmiş şəxsin qohumu X4 24 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında və iştirak edərək Şəxs ona dəymiş zərər ödənilmədiyi üçün zərərçəkmiş şəxsidən şikayətçi olduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat apar ılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki Şəxs əməlində cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İXMin 227-ci maddəsinə əsasən tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İşdə olan Mingəçevir ŞPŞ-nin inzibati xəta haqqında iş üzrə icraatın başanılması haqqında qərarından görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, belə ki, əvvəllərdə oğurluq cinayətəi törətməsini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı Şəxs ödəmək iqtidarında olmadığı üçün zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada şikayət vermək hüququq izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 36.3-cü maddəsinə əsasən İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48- 51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli 22 iyul 2023-cüu il tarixdən, saat 23:50-dən hesablansın. Zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada şikayət vermək hüququq izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar