Məhkəmə qərarları › İş №3(051)-604/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-604/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-604/2022 17.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X1, Mingəçevir şəhər icra və probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Alyoşa oğlunun iştirakı ilə, xx.xx.1971-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, A.Mahmudov küçəsi ev 4/1 ünvanda yaşayan Şəxs Alyoşa oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(051)-1694/2021№-li icra sənədi ilə Şəxs Alyoşa oğlu 9630 manat borcu tələbkar Zərərçəkmiş şəxs ödəmədiyinə görə barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs Alyoşa oğlunun həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(051)-1694/2021№-li icra sənədindən görünür ki, cavabdeh Şəxs Alyoşa oğlundan 8000 (səkkiz min) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsində icra işi açılmışdır. Şəxs Alyoşa oğlu məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Alyoşa oğlu izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən ondan 8000 (səkkiz min) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Daimi iş yeri yoxdur. O, tələbkara yaranmış borcundan 4000 manat ödəniş etmiş, hazırda 9630 manat borcu qalmışdır. Həmin borcu tam şəkildə ödəməyə imkanı yoxdur. İstifadəsində olan avtomaşını və torpaq sahəsini satdıqdan sonra borcunu ödəyəcəkdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs Alyoşa oğlundan 8000 (səkkiz min) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb ona verilməlidir. Lakin Şəxs bu vaxta qədər borcunu tam ödəməmişdir. Maddi imkanı vardır, ancaq qərəzli olaraq icra sənədini icra etmir. Hazırda 9630 manat borcu vardır. Borcun ödənilməsini tələb edir. Əks halda Şəxs inzibati qaydada həbs verilməsini xahiş edir. Məhkəmə iclasında Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(051)- 1694/2021№-li icra sənədinə əsasən Şəxs Alyoşa oğlundan 8000 (səkkiz min) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs Alyoşa oğlu borcunu tam ödəməmişdir. Hazırda isə onun 9630 manat borcu vardır. Ona görə də Şəxs Alyoşa oğlu barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs borcunu ödəmədiyinə görə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə də inzibati məsuliyyətə cəlb olunmuşdur. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs Alyoşa oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Alyoşa oğlunun məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Eyni xətanı bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Şəxs Alyoşa oğlunun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Alyoşa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 15:00-dan hesablansın. Şəxs Alyoşa oğlu məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar