Məhkəmə qərarları › İş №3(051)-607/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-607/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-607/2022 29.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxslər: X12, X13 və X14 və qanuni nümayəndəsi X12, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X15 iştirakı ilə xx.xx.1964-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ünvan 1 ünvanında yaşayan X15 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X20 xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanında X12 ilə aralarında yaranmış mübahisə zamanı X7 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüş və barəsində xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, X20 xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanında X13 ilə aralarında yaranmış mübahisə zamanı X8 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüş və barəsində xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, X20 xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanında X14 ilə aralarında yaranmış mübahisə zamanı X11 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüş və barəsində xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hərəkətləri ilə X20 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X15 həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin, şahidin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs X20 məhkəmə iclası zamanı özünü əqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda yaşayır. Bildirdi ki, evdə oturmuşdur komputerə baxırdı. Birdən evin qapısı döyüldü. Elə bildi ki, qonşuda yumurta satan arvad var odur. Uşaqları getdi qapını açmağa. Adətən qapını elə vaxtı özü açırdı. Yumurta satan arvad olduğunu bildiyindən qapını açmağa uşaqları göndərmişdir. Sonra eşitdi ki, qapı tərəfdən qəribə səslər gəlir. Bundan sonra bildi ki, qapını döyən yumurta satan arvad deyil. Özü qalxıb qapıya getdi. Gördü ki, bu qadın və iki qızı onun qızı ilə dartışırlar. Tez araya girib soruşdu ki, nə məsələdi nəyə görə dalaşırsınız. O bildir di Emilyanın ünvanını istəyir. Sonra o, araya girdi ki, aralaşdırsın üçüdə düşdü onun üstünə. Fatimə onu arxadan dartdı. Uşaqlar başladı qışqırmağa. Balaca oğlu onu çəkib apardı otağa. Orada oğlu onu sakitləşdirdi ki, hər şey yaxşıdı. Qızlar yenə başladı Emilyanın nömrəsini istəməyə. Qızıda onları tanımadığını bildirdi. O, yenidən dəhlizə qayıdıb onlara bildirdi ki, mənzildən çıxamasalar 102 zəng edəcəklər. Evdən çıxanda isə ona şər atacaqlarını bildirdilər. Odur ki, məhkəmədən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X12 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bu barədə onu qeyd edir ki, həmin tarixdə qardaşı oğlu Fərəc evə daxil olaraq qızı Mələyi bir uzun kişinin döydüyünü demiş, o, da bundan sonra dərhal həyətə düşmüşdür. O, həyətdə olarkən qızının qonşuları Sənan tərəfindən döyüldüyünü görmüş, belə ki, Sənan onun başına sillə ilə zərbələr vurduğunu görüb, Sənana yaxınlaşaraq aralaşdırmağa çalışmış və nə üçün qızını vurduğunu demiş, bu zaman o, onu təhqir edərək üzərinə hücum etmiş və onun köynəyindən tutub dartaraq sillə ilə vurmağa başlamış, həmin an qızları Mələk və Fatimə onu aralaşdırmaq istədikdə isə o, onları da yenə sillə və təpiklə vurmağa başlamışdır. Həmin vaxt qonşuları onu ondan aralaşdırmağa çalışmış, sonra isə onu Sənanın əlindən aldıqda, Sənan ayağında olan şəpiti çıxarıb qızı Mələyin başına zərbələr endirməyə davam etmişdir. Sonra isə qonşular onları aralaşdırmış və onlar evə çıxmışlar. O, da sonra bu barədə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmçinin o, izahatında Şəxs xx.xx.2022-ci il tarixdə saat 20.30 radələrində yaşadıqları binanın qarşısında onu və qızlarını döydüyünü, onlara fiziki ağrı yetirdiyini, onun üzünə və bədəninin müxtəlif nahiyərlərinə xəsarət yetirdiyini, qızı Mələyin əli ilə başına sonra şəpitlə başına zərbələr vurduğunu, qızı Mələyi çağırıb anidən sillə vurduğunu, saçını yolduğunu, təpiklə də vuraraq yıxdığını, digər qızı Fatiməni də onları aralaşdırmağa çalışarkən şillə ilə vurduğunu, saçını dartdığını, özlərinin ona heç bir xəsarət yetirmədiklərini vurmadıqlarını, hadisəni qonşuları Solmaz, Vüsalə, Bağdagül və digərlərinin gördüklərini, hadisə ilə əlaqədar şikayətçi olduğunu bildirmişdir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Zərərçəkmiş şəxs X13 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə axşam saat 20.30 radələrində uşaqlarla binanın qarşısında oturmuş, bu zaman qonşuları Şəxs oraya gəlib, onun adını çəkərək soruşmuş, o, da ona səslənmişdir. Bu zaman o, onun yanına gəlmiş və qızı Nərminə nə üçün zəng etdiyini demiş, o, da ona mesaj yazdığını zəng etmədiyini demişdir. Bu zaman o, ona qələt eləmisən deyib onu söymüş, o, isə ona düzgün danışmasını dedikdə o, onu sillə ilə vurmuşdur. Sonra isə təpik vurmuş və o, yerə yıxılmışdır. Sonra ayağa durmuş, ağlayaraq anasını çağırmağa başlamış, Sənan isə onu vurmağa davam edirmiş ki, qızma bir daha yaxınlaşmasın. Həmin vaxt uşaqlar onları aralaşdırmaq istəsələrdə aralaşdıra bilməmişlər. Bu zaman anası və bacısının gəldiyini görmüş, anası gəlib ona nə üçün uşağı vurusan dedikdə o, anasın köynəyindən tutub onu da vurmağa başlamışdır. Həmin vaxt bacısı və o, aralamağa çalışarkən o, bacısı Fatiməni də vurmağa başlamışdır. Sonra isə anasını qonşular aralaşdırarkən Sənan şəpitini çıxarıb onun başına vurmağa başlamışdır. Sonra da qonşular onları aralaşdırmış və evə getmişlər. Daha sonra isə anası bu barədə şikayət etmişdir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Zərərçəkmiş şəxs X14 qanuni nümayəndəsi X9 vasitəsi ilə dindirildiyi zaman məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə axşam saat 20.30 radələrində uşaqlarla binanın qarşısında oturmuş, bu zaman qonşuları Şəxs oraya gəlib, onun adını çəkərək soruşmuş, o, da ona səslənmişdir. Bu zaman o, onun yanına gəlmiş və qızı Nərminə nə üçün zəng etdiyini demiş, o, da ona mesaj yazdığını zəng etmədiyini demişdir. Bu zaman o, ona qələt eləmisən deyib onu söymüş, o, isə ona düzgün danışmasını dedikdə o, onu sillə ilə vurmuşdur. Sonra isə təpik vurmuş və o, yerə yıxılmışdır. Sonra ayağa durmuş, ağlayaraq anasını çağırmağa başlamış, Sənan isə onu vurmağa davam edirmiş ki, qızma bir daha yaxınlaşmasın. Həmin vaxt uşaqlar onları aralaşdırmaq istəsələrdə aralaşdıra bilməmişlər. Bu zaman anası və bacısının gəldiyini görmüş, anası gəlib ona nə üçün uşağı vurusan dedikdə o, anasın köynəyindən tutub onu da vurmağa başlamışdır. Həmin vaxt bacısı və o, aralamağa çalışarkən o, bacısı Fatiməni də vurmağa başlamışdır. Sonra isə anasını qonşular aralaşdırarkən Sənan şəpitini çıxarıb onun başına vurmağa başlamışdır. Sonra da qonşular onları aralaşdırmış və evə getmişlər. Daha sonra isə anası bu barədə şikayət etmişdir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. X4 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, zərərçəkənlərlə və Sənanla qonşudur. Həqiqətən də Sənan bu qadınları döyüb. Hadisə ayın iyirmi yeddisi şər qarışan vaxt baş vermişdir. Eyvandan gördü ki, Sənan tapuşkasıyla Mələyi vurur. O da dedi ki, ayıb deyil sənə bir parça uşağı vurursan. Sonra anası gəldi onunda üzündən vurdu. İşdə olan xx.xx.2022-ci il tarixli, 487 saylı ekspert rəyindən görünür ki, X10 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmadı. İşdə olan xx.xx.2022-ci il tarixli, 488 saylı ekspert rəyindən görünür ki, X5 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmadı. İşdə olan xx.xx.2022-ci il tarixli, 488 saylı ekspert rəyindən görünür ki, X6 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmadı. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs X12 ilə qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə Sənan X1 onun qızı ilə yaxınlıq etməməsi üçün ona irad bildirmişdir. Mələk isə ona düzgün danışmasını dediyi üçün Sənan onu vurmuşdur. Sonra isə vurmaqda davam edərkən Mələyin anası Gültəkin və bacısı hadisədən xəbər tutub aşağıya düşmüş, bu zaman Şəxs onların üçünü də vuraraq onlara fiziki ağrı yetirmişdir. Sonra qonşular onları aralaşdırıb evə aparmış, daha sonra isə Gültəkin Məmmədova bu barədə DİN-nin 102 xidmətinə müraciət etmişlər. Bununlada müəyyən olunmuşdur ki, X20 zərərçəkmişlərin sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Bununlada Şəxs Bu hərəkətləri ilə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X15 həmin inzibati xətanı törətməsi, işdə olan sənədlərlə, zərərçəkmiş şəxslərin izahatı, şahid ifadəsi və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, X15 ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Eləcə də, Azərbaycan Respublikası İXM-in 35.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, ailəli olmaqla himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq, X15 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar