Məhkəmə qərarları › İş №3(051)-609/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-609/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-609/2022 29.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxslər: X4, X5 və X6 və qanuni nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X7 iştirakı ilə xx.xx.1964-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan X7 Azərbaycan Respublikası İXM–nin 157-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X10 xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanında X4 ilə aralarında yaranmış mübahisə zamanı X1 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüş və barəsində xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, X10 xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanında X5 ilə aralarında yaranmış mübahisə zamanı X2 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüş və barəsində xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, X10 xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanında X6 ilə aralarında yaranmış mübahisə zamanı X3 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüş və barəsində xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, X10 tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Odur ki, icraatda olan 3(051)-607/2022 saylı, 3(051)-608/2022 və 3(051)-609/2022 saylı inzibati işlər birləşdirilməli, işə 3(051)-607/2022 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X7 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı, xx.xx.2022-ci il tarixli MN № ******* saylı, xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-607/2022 saylı, 3(051)-608/2022 və 3(051)-609/2022 saylı inzibati işlər 3(051)-607/2022 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar