Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-610/2021 14.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və zərər çəkmiş X2 iştirakı ilə, 01 avqust 1976-cı ildə Mingəçevir şəhərində doğulmuş, subay, işləməyən, Mingəçevir şəhəri, Vidadi küçəsi, ev 5, mənzil 21 ünvanında yaşayan Şəxs qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şəxs 07.06.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı mənzildə gəlinləri X4 ilə aralarında yaranmış mübahisə zamanı onun sağ qolunu cırmaqlamışdır. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanda keçmiş gəlinləri Ülviyyə Məmmədova ilə birlikdə yaşayırlar. Qardaşı vəfat etdikdən sonra Ülviyyə Məmmədova öz başına onların yaşadığı mənzilə köçərək onlarla birlikdə yaşamağa başlamışdır. Bütün kommunal ödənişləri də özü ödəyib. Daim aralarında narazılıq olub, 07 iyun 2021-ci il tarixdə yaşadıqları mənzildə keçmiş gəlinləri Ülviyyə Məmmədova ilə aralarında münaqişə olmuş, müqaişə zamanı o, onun otağına girmək istəyən Ülviyyə Məmmədovanı özündən aralamaq üçün qolundan itələyərək çölə çıxarmışdır. X5 fiziki ağrı verəcək hər hansı zərbə vurmamışdır. X1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ünvan 2 ünvanda keçmiş ərinin ailə üzvləri ilə birlikdə yaşayırlar. 07 iyun 2021-ci il tarixdə saat 13 radələrində yaşadıqları mənzildə baldızı Şəxs ilə aralarında münaqişə yaranmış, yaranmış münaqişə zamanı Şəxs onu təhqir etmiş, əl ataraq onun sağ qolunu cırmaqlamışdır. O, Şəxs ilə barışmamışdır. Onun barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, 07.06.2021-ci il tarixdə X4 ərizə ilə müraciət edərək eyni tarixdə saat 13 radələrində yaşadığı mənzildə baldızı Şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu təhqir etdiyini və qolunu cırmaqladığını bildirərək həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Ü.Məmmədovanın üzərində xəsarətlərin olub-olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, X4 07.06.2021-ci il tarixdə Şəxs ilə mübahisə etmiş, mübahisə zamanı Ü.Məmmədovanın bədənində aşkar olunan xəsarətlər – sağ said nahiyyəsində, sıyrıqlar küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Yetirilmə müddətləri qərarda göstərilən 07.06.2021-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Təhqiqatçının 17 iyun 2021-ci il tarixli qərarı ilə Şəxs qızının barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, Şəxs qızı 07.06.2021-ci il tarixdə saat 13 radələrində yaşadığı mənzildə gəlinləri X4 ilə aralarında yaranmış mübahisə zamanı onun sağ qolunu cırmaqlamışdır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsində göstərilmişdir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-610/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-610/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver