Məhkəmə qərarları › İş №3(051)-610/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-610/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-610/2023 18.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs "xxxx" MMC-nin dirkektolru X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional şöbəsinin inzibati xəta haqqında 07 iyul 2023-cü il tarixli, ******* saylı qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional Şöbəsinin inzibati xəta haqqında 23 iyul 2023-cü il tarixli, ******* saylı qərarı ilə X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat miqdarda inzibati cərimə edilmişdir. X8 həmin qərardan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. Məhkəmədə şikayət vermiş şəxs "xxxx" MMC-nin dirkektolru X8 şikayət onunla əsaslandırdı ki, o, Ağdam rayonundan məcburi köçkündür. Xeyli müddətdir ki, Mingəçevir şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mingəçevir şəhərində yerləşən "xxxx" MMC-nin rəhbəridir. İşçiləri var, hər bir işçi ilə qanun əsasən əmək müqaviləsi bağlayıbdır. Əmək haqqlarını vaxt-vaxtında ödəyir. X9 əvvəllər bir Ağdamlı kimi tanımışdır. İş axtaran şəxs kimi ona yaxınlaşmış, ona da etibarlı işçi lazım olduğundan, onunla əmək müqaviləsi bağlayıb, işə qəbul etdi. 2021-ci ilin oktyabr ayının birindən etibarən, X11 ilə əmək müqaviləsi bağlayaraq, eletron sistemə əmək müqaviləsini yerləşdirdi. X6 ilə bağlanmış əmək müqaviləsinə əsasən aylıq əmək haqqısı 300 manat təşkil etməklə "xxxx" MMC-ə satış nümayəndəsi vəzifəsinə təyin edildi. X6 yaxın rayonlardan Yevlax, Goranboy, Naftalan rayonlarından onlayn sifarişləri qəbul edir, sifarişləri onların firmalarına ötürür. Malları yaxın rayonlardakı mağazalar təhvil verib, daha sonra pullarını yığıb, şirkətin kassasına təhvil verirdi. 2023-cü ilin yanvar ayında onunla əmək müqaviləsi yeniləndi, əmək haqqısı 350 manat müəyyən edildi.Son aylarda onun tərəfindən sifariş edilmiş malların dəyərinin kassaya az miqdarda mədaxil olması onu da şübhə doğurmuşdur. Aidiyyəti işçilərə X6 tərəfindən sifarişlə təhvil verilmiş mağazalarla əlaqə saxlamaq və pulların niyə ödənilməməsi müəyyənləşdirməyi tapşırdı. Aidiyyəti işçilər Yevlax , Goranboy, Naftalan şəhərində olub, işçi X12 tərəfindən təhvil verilmiş mağaza sahibləri ilə görüşən zaman müəyyən olundu ki, X6"xxxx" MMC-in hesabına keçirməli olan 15013 manat pulu mağazalardan alaraq məsimsəmişdir. Bununla bağlı yerində akt tərtib olunmuşdur. Dəfələrlə X6nun ***-***-**-** saylı mobil telefonu ilə əlaqə saxlayıb, dəvət edib, görüşdü, dəymiş ziyanın ödənilməsini tələb etdi. O, müxtəlif bəhanələrlə dəymiş ziyanın ödənilməsindən imtina etdi. X9 mənimsəmə faktı ilə əlaqədar Mingəçevir şəhər prokurorluğuna müraciət etdi. Müəyyən müddət araşdırma aparıldıqdan sonra Mingəçevir şəhər Prokurorğu tərəfindən X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işinin başlanması, "xxxx" MMC cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edildi. X11 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarıldı, həmin əmrdən də şikayət verməmişdir. X11 onun barəsində araşdırılma aparıldığını bilib, aidiyyəti oldu-olmadı istənilən orqanlara şikayət etdi. X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran Regional şöbəsinə şikayət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran Regional şöbəsi tərəfində heç bir araşdırma edilmədən "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən təqsirli hesab edilərək 700 manat məğbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəis müavini, rəis vəzifəsini icra edən X1 07 iyul 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında MN ******* saylı qərarı qanunsuz və əsassızdır. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair 07 iyul 2023-cü il tarixli, ******* №li inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional Şöbəsi nümayəndəsi Camal Camalzadə oğlu məhkəmə iclası zamanı bildirdi ki, “"xxxx" MMC -nin direktoru X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat miqdarda inzibati cərimə edilmişdir. İnzibati protokol və qərar tam düzgündür. X8 işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyət xərclərinin , əmək qanunvericiliyində nəzərdə tutulmuş müaviət və dögər ödənişlərin hesablanmasında və ödənilmələrində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaq qanun pozuntularına verilməsinə görə R.Quliyev barəsində protokol tərtib edilmişdir. Protokol araşdırılmış və qanunun tələblərinə görə xx.xx.2023-cü il tarixli ******* saylı inzibati tənbeh etmə haqında qərar qəbul olunmuşdur. Protokol və qərar tam qanuna müvafiqdir. Ona görə də şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəis müavini, rəis vəzifəsini icra edən X2 tərəfindən tərtib edilmiş MN ******* №li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyət xərclərinin , əmək qanunvericiliyində nəzərdə tutulmuş müaviət və dögər ödənişlərin hesablanmasında və ödənilmələrində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaq qanun pozuntularına verilməsinə görə X8 barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol X4 iştirakı ilə tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. X8 192.4-cü maddəsində göstərilən halların mövcudluğu inzibati hüquq pozulması kimi düzgün qiymətləndirilmiş və qərarın ləğv olunması üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 şikayəti təmin olunmasın. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə, əsasən 700 manat cərimə edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəis vəzifəsini icra edən X2 tərəfindən qəbul edilmiş MN ******* №li xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar