Məhkəmə qərarları › İş №3(051)-610/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-610/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-610/2024 09.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Şikayətçi: X5 iştirakı ilə Barəsində qərar qəbul edilmiş X5 Azərbaycan Respublikası DİN BDYP-nin X3 EQ 23425171 saylı qərarından şikayətə baxaraq məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 idarəsi tərəfindən xüsusi texniki vasitə ilə tərtib edilmiş EQ 23425171 saylı qərarı üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş X6 qərardan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, 06 avqust 2024-cü ildə Ağdam rayon Quzanlı kəndindən, Mingəçevir şəhərinə qayıdırdı. DİN BDYPİ X2 avtomobilini arxadan sürət həddini çəkib. O, rdara düşdüyü yerdə, Yol Patrul Xidməti maşını olmayıb. Yol Patrul Xidməti maşını şəkildə göründüyü kimi qanunsuz olaraq kolluğun arxasında gozlənib xidmət aparır, ya da ki, qanunsuz olaraq cihazı mülki maşına yerləşdirib xidmət aparırlar. Onu da qeyd edir ki, şəkildə göründüyü kimi yolun sol və sağ hissələri yaşayış yeri olmadığı üçün yol sürət həddi saatda 60 km ola bilməz. Xatırladır ki, “Yol Patrul Xidməti haqqında Təlimat”ın 4.3-cü bəndinə əsasən patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneənin (ağaclar kol-koslar bina və qurğular, reklam lövhələri və s.) arxasında o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Ona yazılan cərimə protokolu qanunsuz olduğu üçün həmin protokolun ləğv olunması barədə qərar verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23425171 saylı yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, KiA Sorentto Minik markalı, 99DH805 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X6 yolda müəyyən edilmiş hərəkət sürətini 15 km/saat həddində aşmış və bununla da İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də X6 barəsində 10 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İşə əlavə olunmuş yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.02024-cü il tarixdə saat 09:36-da KiA Sorentto Minik markalı, 99DH805 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X6 yolda müəyyən edilmiş hərəkət sürətini 15 km/saat həddində aşmış və bununla da İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də X6 barəsində 10 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən çəkilmiş fotoşəkildən görünür ki, KiA Sorentto Minik markalı, 99DH805 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə saat 09:36:38-də ərazidəki sürət limiti 60 km/saat olduğu təqdirdə faktiki sürəti 75 km/saat olmuşdur. İnzibati Xətanın növü 328.1-ci maddə müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş elektron qərardan və fotoşəkildən görünür ki, X6 tərəfindən yol hərəkət qaydalarının pozulması və inzibati xəta törədilməsi xüsusi texniki vasitə ilə müəyyən edilmişdir. Həmçinin şikayətçinin bildirdiyi kimi çəkilişin gizli bir yerdən deyil, tam açıq bir şəkildə qanuna uyğun surətdə edildiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, inzibati məsuliyyətə cəlb olunmuş X5 əməlində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinin tərkibi vardır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayəti təmin edilməməli, barəsində olan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə Qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 şikayəti təmin olunmasın. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 (on) manat inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN BDYP-nin X3 EQ 23425171 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar