Məhkəmə qərarları › İş №3(051)-611/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-611/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-611/2021 14.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM–nin 157–ci maddəsi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında barədə qərara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 157–ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara görə 07 aprel 2021 -ci il tarixdə saat 06:40 radələrində Kür çayının Mingəçevir şəhərinin ərazisindən keçən hissəsində, Sahil parkının yanında bir nəfər naməlum kişi cinsli meyitin aşkar olunması barədə daxil olmuş məlumat əsasında 13 aprel 2021 -ci il tarixdə Mingəçevir şəhər prokuroru, ədliyyə müşaviri X3 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlanmış və iş üzrə istintaqın aparılması şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas İsmayıl Məmmədliyə həvalə olunmuşdur. Aparılmış istintaq nəticəsində müəyyən edilmişdir ki, 16 dekabr 2004-cü il təvəllüdlü ünvan 1 ünvanında yaşamış X2 04.03.2021-ci il tarixdə təxminən saat 12:40 radələrində ögey anası Şəxs çağırışı ilə onun yanından süd gətirməsi məqsədi ilə yaşadığı ünvan 2 ünvanını tərk edərək əhvalın aşağı enməsi (depresiv vəziyyət) şəklində psixi emosional hal nəticəsində istintaqa məlum olmayan ərazidə özünü Kür çayına ataraq özünü öldürmüş və sonuncunun meyiti 07.04.2021-ci il tarixdə Mingəçevir şəhəri, “Sahil” parkının ərazisində. Kür çayının sahilində aşkar edilmişdir. İstintaq zamanı Ruslan Abbasovun maddi, xidməti və ya sair cəhətdən asılı olduğu hər hansı şəxs tərəfindən amansız rəftar etmə, onun ləyaqətini mütamadi olaraq alçatma, ona hədə-qorxu gəlmə hallarına yol verilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, Ruslan Abbasovun özünü öldürməsi faktında kənar hər hansı şəxsin təqsiri aşkar olunmamışdır. Ona görə də Azərebaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən əməldə cinayət hadisəsi olmadığına görə 13.07.2021-ci il tarixdə iş üzrə icraata xitam verilmiş, həmçinin istintaq zamanı müəyyən edilmişdir ki, Şəxs 2020-ci ilin oktyabr ayında X1 bir dəfə şillə ilə vuraraq döymüşdür. İşdə olan 13 iyul 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs barəsində inzibati xəta haqqında icraata başlama haqqında qərar 13.04.2021ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən 8 (səkkiz) aydan çox müddət keçdikdən sonra inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində qərar qəbul edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati tənbeh tətbiq etmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM–nin 53.0.6–cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə, həmçinin qeyd edir ki, Mingəçevir şəhər prokurorluğunun 13.07.2021-ci il tarixli iş üzrə icraata xitam verilməsi haqqında qərarı 07 aprel 2021 -ci il tarixdə saat 06:40 radələrində Kür çayının Mingəçevir şəhərinin ərazisindən keçən hissəsində, Sahil parkının yanında bir nəfər naməlum kişi cinsli meyitin aşkar olunması barədə daxil olmuş məlumat əsasında 13 aprel 2021 -ci il tarixdə Mingəçevir şəhər prokuroru, ədliyyə müşaviri X3 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlanmış və iş üzrə istintaq aparılmışdır. Məhz həmin fakt üzrə 13.07.2021-ci il tarixdə iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta hadisəsi isə 2020-ci ilin oktyabr ayında törədilmiş, onunla bağlı heç bir araşdırma aparılmamışdır. İnzibati xəta hadisəsinin olması isə yuxarıda qeyd olunan fakt üzrə aparılmış, lakin artıq araşdırma başlanan inzibati xətanın törədildiyi vaxtdan 3 aydan çox müddət keçmişdir. Ona görə də hazırkı inzibati xətaya görə inzibati tənbeh, cinayət işinə xitam verilməsi haqqında qərarın qəbul edildiyi gündən deyil, inzibati xətanın törədildiyi gündən 3 ay müddət keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3–cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar, inzibati xətanın törədildiyi gündən 3 (üç) aydan çox müddət keçdikdən sonra qəbul edildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında işin icraatına müddətin keçməsi ilə bağlı xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar