Məhkəmə qərarları › İş №3(051)-611/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-611/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-611/2022 31.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2, İcra sənədi üzrə borclu: Şəxsnun Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1965-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 8/5, ev 7-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxsnun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı protokol tərtib edilərək məhkəməyə verilmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1270/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında Mingəçevir şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(051)-341/2021 nömrəli qətnaməsi ləğv edilmiş, Tələbkar Zərərçəkmiş şəxs cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq bağçasına qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının və vəkil tutmağı ilə əlaqədar çəkdiyi xərci olan 400 manat pulun ödənilməsinə dair iddiası təmin edilmişdir. Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinin müvəqqəti icra edən Muradova X1 şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1270/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi ilə Mingəçevir şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(051)-341/2021 nömrəli qətnaməsi ləğv edilmiş, Tələbkar Zərərçəkmiş şəxs cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq bağçasına qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının və vəkil tutmağı ilə əlaqədar çəkdiyi xərci olan 400 manat pulun ödənilməsinə dair iddiası təmin edilmişdir. Lakin sözügedən qətnamənin icrasına məsul olan səlahiyyətli şəxs, baxçanın müdiri vəzifəsni müvəqqəti icra edən Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o tələbkarı işə bərpa etməkdən yayınmışdır. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1270/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi ilə Mingəçevir şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(051)-341/2021 nömrəli qətnaməsi ləğv edilmiş, Tələbkar Zərərçəkmiş şəxs cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq bağçasına qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının və vəkil tutmağı ilə əlaqədar çəkdiyi xərci olan 400 manat pulun ödənilməsinə dair iddiası təmin edilmişdir. Lakin indiyənədək sözügedən uşaq baxçasında vakant yer olmadığı üçün tələbkarı iş ilə təmin etmək mümkün olmamışdır. Hal-hazırda 21 oktyabr 2022-ci il tarixli 48 saylı əmrdən göründüyü kimi 24 oktyabr 2022-ci il tarixdən işə tam olaraq bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının və vəkil tutmağı ilə əlaqədar çəkdiyi xərci olan 400 manat pulun ödənilməsi əmr edilmişdir. Qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, bu günə qədər məhkəmə qətnaməsi icra olunmamışdır. Lakin hazırda əmr verilmişdir və şəxs işə bərpa olunmuşdur. Qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(051)- 341/2021 nömrəli qətnaməsi ləğv edilmiş, Tələbkar Zərərçəkmiş şəxs cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq bağçasına qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının və vəkil tutmağı ilə əlaqədar çəkdiyi xərci olan 400 manat pulun ödənilməsinə dair iddiası təmin edilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər İcra məmuru X3 xx.xx.2022-ci il tarixdə icraatına daxil olmuş Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-1270/2021 saylı tarixli icra sənədi üzrə icraata başlamışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli işə bərpanın baş tutmaması barədə Aktdan görünür ki, Tələbkar Zərərçəkmiş şəxs 19 saylı Nərgiz Körpələr evi-uşaq bağçasına işə bərpası və məcburi işburaxma müddəti üçün əmək haqqının və vəkil tutmağı ilə əlaqədar çəkdiyi xərci olan 400 manat pulun ödənilməsi mümkün olmamışdır. İşə əlavə olunmuş 21 oktyabr 2022-ci il tarixli 48 saylı Əmrdən görünür ki, tələbkar Zərərçəkmiş şəxs 24 oktyabr 2022-ci il tarixdən işə tam olaraq bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının və vəkil tutmağı ilə əlaqədar çəkdiyi xərci olan 400 manat pulun ödənilməsi əmr edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bildirişindən də görünür ki, tələbkar müddətsiz müqavilə əsasında 19 saylı Nərgiz Körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsindədir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu öhdəliyini yerinə yetirməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, sözügedən baxçada vakant vəzifə olmamışdır və protokol tərtib edildiyi vaxtadək tələbkarı işlə təmin etmək mümkün olmamışdır. 48 № Əmrdən çıxarışdan da göründüyü kimi HAZİRKİ İŞ ÜZRƏ MƏSUL ŞƏXS-19 saylı Nərgiz Körpələr evi-uşaq bağçasının müdiri tələbkarın əvvəlki vakant vəzifəyə işinə bərpasını və məcburi işburaxma müddəti üçün əmək haqqının və vəkil tutmağı ilə əlaqədar çəkdiyi xərci olan 400 manat pulun ödənilməsinə dair əmr imzalanmışdır. Ona görə də məhkəmə hesab edir ki, artıq inzibati xəta hadisəsi aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadığından borcu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, və inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar