Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-611/2023 18.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, X5 Qida X1-X7 “İnzibati tənbeh vermə haqqında” ******* №li xx.xx.2023-cü il tarixli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim : Qida X1-X7 “İnzibati tənbeh vermə haqqında” ******* №li xx.xx.2023-cü il tarixli qərarı ilə X10 Azərbaycan Respublikası İXM-nin 447.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat miqdarda inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X5 Qida X1-X7 “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023cü il tarixli, ******* №li inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida X1-X7 böyük məsləhətçisi X6 30 may 2023-cü il tarixli, ******* №li İnzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 447.0.5-ci maddə ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərarda göstərilmişdir ki, İX ********** №li müraciət əsasında nümunə götürülmüş kartof məhsullarının laboratoriyasının AZ **********AB16-23230-T-230№li sınaq protokoluna əsasən uyğunsuz çıxması və nümayəndənin məhsulun təqdim edə bilməyəcəyininə görə verdiyi izahata əsasən inzibati xəta törətmişdir. Onun barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Ölkəmizə gətirilmiş kartof məsulları qıda üçün nəzərdə tutulmuşdur. Onunla eyni zamanda kartof məhsulunu ölkəyə gətirən digər şəxslərə icazə verilsə də, ona məlum olmayan səbəbdən onun gətirdiyi kartof, guya istifadəyə yarasız hesab edilmişdir. Hesab edirəm ki, ona qarşı qərəzli qərar verilmişdir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.5-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Qida X1-X7 böyük məsləhətçisi X6 30 may 2023-cü il tarixli, ******* №li inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şikayətə baxılması 08 avqust 2023-cü il tarixə təyin edlmişdir. Məhkəmə iclasına şikayət vermiş şəxs və Bakı şəhəri DYPİ-nin nümayəndəsi gəlmədiyi səbəbdən şikayətə baxılması 18 avqust 2023-cü il tarixə təxirə salınmışdır. Şikayət vermiş şəxs X10 və Qərarı barəsində şikayət verilmiş Qida X1-X7 səlahiyyətli nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, səlahiyyətli nümayəndəsinin məhkəmə prosesində iştirakı təmin edilməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə qərarı barəsində şikayət verilmiş şəxsin və qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Qida X1-X7 rəisi Xalid Ələkbərli 07 avqust 2023-cü il tarixli, 3-44-8/2-8508/2023 nömrəli məktubu ilə məhkəməyə məlumat verərək bilirmişdir ki, Qida X1-X7 “İnzibati tənbeh vermə haqqında” ******* №li xx.xx.2023-cü il tarixli qərarı ilə X10 Azərbaycan Respublikası İXM-nin 447.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat miqdarda inzibati cərimə edilmiş və 14 iyul 2023-cü il tarixdə X10 həmin cəriməni tam olaraq ödəmişdir. İşə əlavə olunmuş AQTA-nin Lənkəran-Astara RB-nin baş məsləhətçisi X8 tərəfindən tərtib edilmiş MN ******* №li xx.xx.2021 il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, İX********** №li müraciət əsasında nümunə götürülmüş kartof məhsulunun laboratoriyanın AZ **********AB16-23230-T230 №li sınaq protokoluna əsasən uyğunsuz çıxması və nümayəndənin məhsulun təqdim edə bilməyəyinə görə izahata əsasən X10 barəsində İXM-nin 447.0.5-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol X5 iştirakı ilə tərtib olunmuş və onun tərəfindən imzalanmışdır. İşə əlavə olunmuş AQTA-nin Lənkəran-Astara RB-nin baş məsləhətçisi X4 30 may 2023-cü il tarixli, ******* №li qərarında görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 447.0.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 1500 manat cərimə olunmuşdur. İşə əlavə olunmuş Qida X1-X7 rəisi Xalid Ələkbərlinin məhkəməyə ünvanlanmış 07 avqust 2023-cü il tarixli, 3-44-8/2-8508/2023 nömrəli məlumatından görünür ki, Qida X1- X7 “İnzibati tənbeh vermə haqqında” ******* №li xx.xx.2023-cü il tarixli qərarı ilə X10 Azərbaycan Respublikası İXM-nin 447.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat miqdarda inzibati cərimə edilmiş və 14 iyul 2023cü il tarixdə X10 həmin cəriməni tam olaraq ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, şikayət ərizəsini nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Belə ki inzibati məsuliyyətə cəlb olunmuş X11 məhkəmə iclasına gəlməmin və şikayətinin əsaslarını sübut edən faktlar və hallar barəsində məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Sadəçə olaraq şikayət ərizəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ümumi normaları öz əksini tapmışdır. Əksinə iş materiallarında olan 19 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və 30 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Qərardan görünür ki, İX ********** №li müraciət əsasında nümunə götürülmüş kartof məhsullarının laboratoriyasının AZ **********AB16-23230-T-230№li sınaq protokoluna əsasən məhsuolda Karantin tətbiq edilən zərərverici-Ralstonia solanacearum (kartofun qonur çürüməsi) aşkar edilmişdir. Buna göoə də Qida X1-X7 “İnzibati tənbeh vermə haqqında” ******* №li xx.xx.2023-cü il tarixli qərarı ilə X10 Azərbaycan Respublikası İXM-nin 447.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat miqdarda inzibati cərimə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X10 həmin 1500 manat cəriməni 14 iyul 2023-cü il tarixdə ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X11 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.5-ci maddəsinin tərkibi vardır. Belə ki, Azərbaycan Respublikası İXM–nin 447.0.5-ci maddəsinin tələbinə görə İstehlakçıların hüquqlarının pozulmasına, yəni standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM–nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.5-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat miqdarında cərimə edlməsi barədə barədə də Qida X1-X7 vəzifəli şəxsinin “İnzibati tənbeh vermə haqqında” ******* №li xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldım: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X5 şikayəti təmin olunmasın. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.5-ci maddəsinə, əsasən 1500 manat cərimə edilməsi barədə Azərbaycan Respublikası Qida X1-X7 böyük məsləhətçisi X6 30 may 2023-cü il tarixli, ******* №li “İnzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-611/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-611/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver