Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-611/2024 13.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olundu ki, Şəxs MMC AR İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində protokol tərtib edilsə də, həmin protokol İXM-in 100.1.4-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs MMC-nin AR İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, inzibati xətanın törədildiyi yer və vaxt protokolda göstərilməmişdir. Protokol Şəxs MMC tərəfindən Xəzər rayonu, Buzovna qəsəbəsində tikinti sahəsində xx.xx.2024-cü il tarixdə iş zamanı vəfat etmiş X1 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə tərtib edilsə də, protokolda qeyd edilən tarix Niyazi Muxtarovun vəfat etdiyi tarix, qeyd edilən yer isə vəfat etdiyi yeridir, lakin protokolda inzibati xətanın törədildiyi tarix və yer göstərilməmişdir. Xəzər rayonu, Buzovna qəsəbəsində tikinti sahəsi inzibati xətanın törədildiyi yer olduğu halda, inzibati xəta haqqında işə aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsində baxılması istisna edilir. Ona görə də inzibati xətanın törədildiyi yerin və tarixin inzibati protokolda göstərliməsi qanunun tələbidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməsi zəruri hesab edilmişdir. Buna baxmayaraq, hazırki inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və vaxt qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi yer və tarix haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməməsi həmin protokolun natamamlığına dəlalət edir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, natamam tərtib olunduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-611/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-611/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver