Məhkəmə qərarları › İş №3(051)-612/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-612/2022

11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-612/2022 11.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Sudro tərcüməçi: X2 iştirakı ilə xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraata açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İlyasov X4 şəhəri, H.Əliyev prospektində idarə etdiyi **-DK-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vuraraq, onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, inzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək ifadəsində göstərdi ki, **-DK-*** dövlət qeydiyyat nömrə nişanlı “VAZ 21099” markalı minik avtomobilini təxminən 7 aydır almışdır və hazırda avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir. Təxminən bir ildir ki, Mingəçevir şəhəri, AZ.Qress qəsəbəsi ərazisində taksi sürücü kimi fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu Az.Qress qəsəbəsindən şəhərin Günəşli bağ massivi istiqamətində H.Əliyev prospekti ilə hərəkətdə olan zaman o, müştərini bağ massivinə düşürmüş və onu evlərinə gətirmək üçün gedən zaman onun avtomobilində sərnişin qismində heç kim olmamışdır. Həmin vaxt avtomobil saz vəziyyətdə olmuş və avtomobilin hərəkətinə maneə ola biləcək hər hansı bir yük olmamışdır. O, prospekt ilə təxminən 60-70 km/saat surətlə hərəkətdə olarkən yolun sağ tərəfindən bir nəfər çıxaraq surətlə yolu sol tərəfə keçmək istəmişdir. O, avtomobillə onu vurmamaq üçün əyləci basaraq avtomobili əks hərəkət zolağına çıxarmış, lakin həmin şəxs surətlə gəldiyindən onun idarə etdiyi avtomobilin sağ yan hissəsindən dəyərək yerə yıxılmışdır. Bundan dərhal sonra o, həmin şəxsi avtomobilinə qoyaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Daha sonra o sərxoşluqla bağlı müayinə olunmuş və hadisə zamanı ayıq olduğu məlum olmuşdur. Hazırda əməlindən peşmandır və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı tərcüməçi X2 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində H.Əliyev prospektində yolun sağ tərəfindən sol tərəfə keçmək istəyən zaman **-DK-*** dövlət qeydiyyat nömrə nişanlı “VAZ 21099” markalı minik avtomobil onun sağ yan hissəsindən dəymiş və yerə yıxılmışdır. Bundan dərhal sonra həmin şəxs onu avtomobilinə qoyaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmış və bütün müayinə və müalicə xərclərini qarşılamışdır. Hazırda ondan heç bir şikayət və tələbi yoxdur. İşə əlavə edilmiş ƏN-V 917566 saylı etibarnamədən görünür ki, X3 mülkiyyətində olan **-DK-*** dövlət qeydiyyat nömrə nişanlı “VAZ 21099” markalı minik avtomobili xx.xx.2032-ci il tarixədək idarə etməyi Şəxs etibar etmişdir. İşdə olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-in xx.xx.2022-ci il tarixli 521 saylı ekspert rəyindən görünür ki, Quliyev X1 ŞMX PHŞ-da qapalı kəllə beyin travması, təpə-ənsə nahiyyəsində hematoma klinik diaqnozu ilə stasionar müalicə almışdır. Bu xəsarətlərin xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd edilən xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətlərə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Karlar cəmiyyətinin Mingəçevir şəhər təşkilatı tərəfindən verilmiş 0760 saylı vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs AR Karlar cəmiyyətini üzvüdür. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində AR CM-nin 263-cü maddəsi ilə cinayət işi başlanması rədd edilmiş və onun barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçü qərarın surəti Mingəçevir ŞPŞ-nin DYPB-nə göndərilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 452 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol qəbulu aşkar edilməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində şəhərin H.Əliyev prospektində yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vuraraq ona yüngül zərər vurmaya aid xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar