Məhkəmə qərarları › İş №3(051)-612/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-612/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-612/2023 08.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X7, İcra sənədi üzrə borclu: Şəxs X1 iştirakı ilə xx.xx.1982-ci il tarixdə Ağdam rayon Boyəhmədli kəndinə doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, Mingəçevir şəhəri AzDres qəsəbəsi Gənclik Mərkəzində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1332/2022 saylı icra vərəqəsi üzrə yaranmış 1100 (min bir yüz) manat və 2(051)-1333/2022 saylı icra vərəqəsi üzrə yaranmış 299.7 manat borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq pul tələbinin ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1332/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə borclu Şəxs 1100 (min bir yüz) manat məbləğində pul alınıb tələbkar X5 verilməsi qət edilmişdir. Həmçinin Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1333/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə borclu Şəxs 299.7 (iki yüz doxsan doqquz manat 70 qəpik) məbləğində pul alınıb tələbkar X8 verilməsi qət edilmişdir. Lakin Şəxs bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. O səbəbdən də borclu hazırki vaxtadək borcunu ödəməmişdir. Borclunun hazırki vaxta olan pul tələbi borcu ümumilikdə 1399.7(min üç yüz doxsan doqquz manat 70 qəpik) təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə işə məhkəmədə baxılan zaman borclu tərəfindən mövcud pul tələbi borcundan 200 (iki yüz) manat ödəniş edilmişdir. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1332/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə 1100 (min bir yüz) manat sabit pul məbləğində alınıb tələbkar X5 və şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1333/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə 299.7 (iki yüz doxsan doqquz manat 70 qəpik) məbləğində pul alınıb tələbkar X8 verilməsi qət edilmişdir.Lakin maddi vəziyyəti aşağı olduğu üçün pul tələbi üzrə borcunu ödəyə bilməmişdir. Bununla belə tələbkar X5 olan borcunun hazırda qismən olaraq 200 (iki yüz) manat ödəniş etmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X2 şəhər məhkəməsinə izahat verərək Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1332/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə borclu Şəxs 1100(min bir yüz) manat alınıb ona verilməsi qət edilmişdir. Bununla belə borclu Şəxs ona olan borcundan 200(iki yüz) manat ödəniş etmiş, yaxın günlərdə 300(üç yüz) manat ödəyəcəyini söz vermişdir. Odur ki, icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan xx.xx.2023-cü i tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1332/2022 saylı və 2(051)-1333/2023 saylı icra vərəqi üzrə yaranmış 1100(min bir yüz) manat və 299 manat 0.70 qəpik məbləğində pul tələbi borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, borclunun və tələbkarın izahatı, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu ödənişi ödəməkdən qəsdən boyun qaçırmamışdır.Tələbkarlara olan borcunu ödəmək üçün Avropaya işləmək üçün getmiş,lakin iş tapa bilmədiyi üçün geri qayıtmışdır.Tez bir vaxtda hər iki icra sənədi üzrə 100 (yüz)manat ödəyəcəyini söz vermişdir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar