Məhkəmə qərarları › İş №3(051)-613/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-613/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-613/2024 16.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X3 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 iştirakları ilə xx.xx.1981–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Şəxs və oğlu X9 birlikdə Mingəçevir şəhərində M.Maqomayev prospekti 44 saylı binanın qarşısında Zərərçəkmiş şəxs1 və qızı Zərərçəkmiş şəxs2 nalayiq ifadələr işlədib səs-küy salaraq təhqir etmiş və ictimai asayişi pozmuşlar. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cumaddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı öz ifadəsində göstərdi ki, onun oğlu Mədinə ilə istəkli olmuşdur. O, dəfələrlə onları ayırmış lakin sonradan onlar yenə də bir yerdə olmuşlar. Sonuncu dəfə onun qızı əməliyyat olmuşdur. Qızının telefonundan yazaraq onunla oğlunu ayırmamağını xahiş etmişdir ondan. Mədinə onun oğluna zəng vuraraq ondan ayrılacağı təqdirdə özünə qəsd edəcəyini də bildirmişdir. Daha sonra zəng vuraraq onu və qızını pis-pis söyüşlərlə təhqir etmişdir. O dəfələrlə zəng vuraraq yalvarmışdır ki, onunla oğlunu ayırmasın. Sonra Mədinə onun telefonuna yığaraq pis söyüşlər söyərək onun yanına gəlməsini bildirmişdir. O, həmin yerə getdi lakin o, Mədinəyə heç bir söyüş söyməmişdir. Əksinə olaraq Mədinənin anası və qardaşı onları söyərək nalayiq ifadələrlə təhqir etmişdir. Mədinənin anası oğlunu yanına çağıraraq qızını almasa onu öldürəcəyi ilə hədələmişdir. Onu telefonla çağırıb yuxarı evə çıxmağı təklif etdi. O, isə evə çıxmayaraq telefonla danışmışdır. Bir daha bildirir ki, o, Mədinənin anasını və başqa kimisə təhqir etməmişdir. Mədinənin anası ona və oğluna dəfələrlə böhtan ataraq qızının başqa bir yerə qaçırıldığını bildirmişdir. Lakin bu ittihamlarda öz əksini tapmamışdır. Bir daha qeyd edir ki, onun heç bir günahı yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 protokolun əsassız olduğunu bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 vasitəsi ilə dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi izahatında göstərdi ki, bir ilidir ki, onların münasibətləri yaxşı idi. Sonra onların öz aralarında söz-söhbətləri oldu. Ondan sonra o, Raufun anası ilə telefon vasitəsi ilə əlaqədə olmuşdur. Sonra Rauf və anası telefon vasitəsi ilə onu söyərək təhqir etməyə başladılar. O, Raufu bloka atmışdır onunla münasibətlərini kəsmişdir. Onlar ayın 11-i Asan xidmətdən gəlirdilər. Həmin vaxt Rauf onun qabağını kəsərək Əli adlı şəxslə bağlı onla söhbət edərək onu başqa bir şəxslə əlaqədə olmağını bildirmişdir. Daha sonra Rauf və anası onların evinə gəlmişlər anası ilə mübahisə edərək dava etmişlər. O, həmin vaxt evdə olmamışdır. İşdə olmuşdur. O, Raufla münasibətini çoxdan bitirmişdir. Anası onlara bir neçə dəfə bildirdi ki, ayrılın. O da Raufa bildirdi ki, onların münasibətdə olmasına anası razı deyil. Lakin Rauf buna razı olmamışdır. Ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 verdiyi izahatında göstərdi ki, il yarımdır ki, onun qızı ilə Rauf danışırlar. O, isə Raufun anasına zəng vuraraq bildirmişdir ki, əgər fikri ciddidirsə elçi göndərsinlər. Raufun anası isə bildirdi ki, onun oğlu hələ uşaqdır. Axırıncı dəfə Raufun anası onu zəng vuraraq təhqir edəndən və Raufun onun oğlunu vurduqdan sonra o, polisə zəng vuraraq şikayət etmişdir. Rauf onun oğlunu həyətdə döymüşdür. Oğlu Raufa onların məhləsinə gəlməməyi bildirmişdir. Həmin gün Rauf və anası onların həyətinə gəlmiş və söyüş söymüşlər. O, isə onlara yuxarı çıxmağı bildirmişdir. Rauf isə ona dayanmadan təhqir edici ifadələr işlədərək onu əxlaqsız söyüşlərlə təhqir etmişdir. O, bütün bunlardan sonra 102 xidmətini yığaraq onlardan şikayətçi olmuşdur. Məhkəmə iclasında Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X4 protokola uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Mədinənin qonşusudur. Mədinə və Raufun anası çoxdan mübahisə edirdilər. Mədinənin anası heç razı deyildir onların münasibətdə olmağına. Ondan bir gün qabaq Rauf Tərminənin oğlunu məhlədə döydü. Sonra zorla Raufu maşına mindirib məhlədən çıxardılar. Sonra Rauf anası, və bacısı məhlənin qabağına gələrək Tərminəni nalayiq söyüşlərlə söymüşlər. O isə bunu uzaqdan yəni, 1 km məsafədən eşitmişdir. Bundan sonra onların məhləsinə gəlmiş və onları yəni Raufu və anasını oradan gedərkən görmüşdür. Hadisənin isə xx.xx.2024-cü il tarixdə axşam saatlarında olduğunu xatırladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, onlar bu qızla danışmırdı. Mədinə ona yazdıki çox peşmandır və onlara gəlmək istəyir. Sonra Mədinənin anası yazdıki Mədinə Raufu istəyir. Sonra Mədinənin anası Mədinəni döymüş, daha sonra isə anası Mədinəni evdən qovmuşdur. Mədinənin anası onu və anasını telefonla yığaraq onları nalayiq ifadələrlə söymüşdür. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada görə, X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X10 xx.xx.2022-ci il tarixə X10 və oğlu X9 birlikdə Mingəçevir şəhərində M.Maqomayev prospekti 44 saylı binanın qarşısında Təhminə Novruzova və qızı Zərərçəkmiş şəxs2 qarşı nalayiq sözlər işlətmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X7 əməlində inzibati məsuliyyətə cəlb etməyə əsas verən inzibati xəta tərkibi yoxdur. Məhkəmə protokolda tərtib edilmiş hallara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, protokolda qeyd edilən və “xx.xx.2024-cü il tarixdə X10 və oğlu X9 birlikdə Mingəçevir şəhərində M.Maqomayev prospekti 44 saylı binanın qarşısında Təhminə Novruzova və qızı Zərərçəkmiş şəxs2 nalayiq ifadələr işlətməsi” faktını təsdiq edən əsaslı sübutlar şikayətçi tərəfindən təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, şahid qismində dindirilmiş Şahid2 verilmiş suallara ziddiyətli cavablar verməsi səbəbindən onun ifadəsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, o, məhkəmə iclası zamanı hadisənin nə zaman baş vermişdir sualına verdiyi “ hadisə axşam saat 18:00 və ya 19:00 radələrində baş vermişdir” cavabı hadisənin baş verməsi vaxtı ilə ziddiyyətlidir, belə ki, hadisə xx.xx.2024-cü il tarixində saat 15:00 radələrində baş vermişdir, bundan əlavə zərərçəkmişlə onların binaları 1 km məsafədə yerləşdiyi halda həmin məsafədə bütün söyüşləri eşitməsi ağlabatan deyildir. Eyni zamanda şahid qismində dindirilmiş Şahid1 isə X7 bacısı, yəni yaxın qohumu olduğu üçün onun verdiyi ifadəni sübut kimi nəzər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, həmin inzibati xəta tərkibinin olmasını təsdiq edən sübutlar inzibati xəta haqqında protokolda öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmişin və müdafiəçisinin, şahidin izahatını və inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib, iş üzrə sübutları qiymətləndirib məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraat xitam verilməlidir.

Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs ictimai qaydasını pozmasına aid əsaslı sübutlar təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar