Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-614/2023 26.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X1 Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1965-ci ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında işüzrə icraatda açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y YƏ N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə X2 qarşı torpaq mübahisəsinə dair 2(051)-1098-2023 saylı iş üzrə Mingəçevir şəhəri məhkəməsində keçirilən hazırlıq iclası zamanı sonuncunun üzərinə gedərək onu təhqir etmiş və əli ilə onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Yaşar Rəsulov onun qardaşıdır xx.xx.2023-cü il tarixdə keçirlən 2(051)-1098-2023 saylı iş üzrə məhkəmə baxşı iclası zamanı Yaşar Rəsulov onun və bacısının ünvanına xoşagəlməz sözlər dediyi üçün əsəbiləşərək onun üzərinə getdiyini və əli ilə onu vurmadığını sadəcə itələdiyini bildirmişdir. Odur ki, məhkəmədən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Şəxs onun qardaşıdır. ünvan 2 ünvanında yerləşən evi bölüşdürərək ailələri ilə birgə yaşayırlar. Lakin sonradan Bakı şəhərində yaşayan bacısı X3 həmin ata evinə yaşamaq hüququ istəmiş və bundan sonra ev bölgüsü üstündə aralarında narazılıq yaranmışdır. Yaşar Rəsulov əgər bacısının da orada yaşayacağı təqdirdə evin həyətində olan hasarın sökülməsini və yenidən bölgü barədə məhkəməyə müraciət edəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı Şəxs Sərkər oğlu qardaşı X1 üzərinə gedərək onu təhqir etmiş və əli ilə ona bir neçə zərbə atmış,lakin zərbələrdən biri onun sinə nahiyəsinə dəymişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan xx.xx.2023-cü il tarixli, 320 saylı ekspert rəyindən görünür ki, X1 bədən səthində xəsarət izləri aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri məhkəməsində 2(051)-1098/2023 saylı iş üzrə məhkəmə baxşı iclası zamanı X4 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxsnın ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 21,40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-614/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-614/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver