Məhkəmə qərarları › İş №3(051)-616/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-616/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-616/2024 17.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Rövşən oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs Zərərçəkmiş şəxs: X2 və X1 Mingəçevir şəhəri YNH inspektoru polis kapitanı X3 iştirakı ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 82\1, mənzil 8-A-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:45-də idarə etdiyi VAZ-21070 markalı, **-HD- *** nömrəli və VAZ-21074 markalı, **-BM-*** nömrəli avtomobillərə idarə etdiyi Chery AİS markalı, **-BX-*** nömrəllə avtomobili ilə maddi zərər vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamda tam təqsirli bilərək göstərdi ki, ailəlidir və 6 uşağı vardır. Əlilliyi yoxdur. Onun təkəri bir dənə qapıya dəymişdir. Maddi ziyan vurmuşdur və ödəyəcəkdir. Onun körpə uşaqları vardır. Həbs edilməməsini xahiş edir. Sürücülük vəsiqəsi yoxdur. Avtomobili kreditlə almışdır. Ona görə də etibarnamə ilə sürmüşdür. Əməlindən peşmandır. Moykada işləyir. Vurduğu ziyanı işləyib ödəyər. Bakıda maykada işləyir. Onları məktəbə aparmağa gəlmişdir. 5 qızı və bir oğlu vardır. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, O durmuşdu yan tərfdə digər zərə çəkən digər tərəf durmuşdu. Şəxs onların arasına girdi və qəza törətdi. Dəymiş ziyan tələb edir. Dəymiş ziyanı ödəməsi qarşılığında heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, onlar iki maşın işıqforda dayanmışlar. Arxadan gəlib onların arasına girərək qəza törətdi. Ona dəyən ziyan azdır. Heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyanı özü düzəltdirəcəkdir. Mingəçevir şəhəri YNH inspektoru polis kapitanı X6 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:45-də idarə etdiyi VAZ- 21070 markalı, **-HD-*** nömrəli və VAZ-21074 markalı, **-BM-*** nömrəli avtomobillərə idarə etdiyi Chery AİS markalı, **-BX-*** nömrəllə avtomobili maddi zərər vurmuşdur. Bununla bağlı İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun fikrincə, protokola əsasən qərar çıxarılmalıdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı qeyd edir ki, sığorta vardır və sığorta vasitəsi ilə vurulan ziyan ödənəcəkdir. İşdə olan 16 sentyabr 2024-cü il tarixli 2061 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşdə olan nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, «VAZ-2170» markalı ** HD *** nömrə nişanlı avtomobilə cəmi 860 manat məbləğində maddi zərər dəymişdir. İşdə olan AZE MİS-dən çıxarılmış çıxarışdan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi yoxdur. İşdə olan AZE MİS portalından çıxarışdan görünür ki, Şəxsxx.xx.2013-cü il təvəllüdlü Aliyə, xx.xx.2015-ci il təvəllüdlü Leyla, xx.xx.2017-ci il təvəllüdlü Zəhra, xx.xx.2018-ci il təvəllüdlü Mirağa, xx.xx.2020-ci il təvəllüdlü Sevgi və xx.xx.2021-ci il təvəllüdlü Banu adlı uşaqları vardır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:45 radələrində, Mingəçevir şəhəri, Mingəçevir şəhər H.Əliyev prospekti ilə Ş.İ.Xətai küçəsinin kəsişməsində, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi «Chery A15 minik» markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobili VAZ-21070 markalı, **-HD-*** nömrəli və VAZ-21074 markalı, **-BM-*** nömrəli avtomobillərə vuraraq zərərçəkmiş şəxslərə maddi zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini, ailəli olmaqla himayəsində 6 nəfər azyaşlı uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin, himayəsində azyaşlı uşaqlarının olmasını və yaşının gənc olmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar