Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-618/2021 23.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1976-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (Ş/V- AZE №0*******, FİN: xxxxxxx), orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, ********** nömrəli VÖEN-lə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 21.07.2021-ci il tarixdə saat 00:30 radələrində Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən, sahibkarlıq məqsədilə işlətdiyi “Narış” kafesində müştərilərə yerində xidmət göstərərək Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin tələblərinə əməl etməyərək, karantin rejim qaydalarını pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 2010-cu ildən Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən “Narış” kafesini işlədir. İşlətdiyi “Narış” kafesinə 21.07.2021ci il tarixdə saat 00:30 radələrində polis əməkdaşları gələn zaman kafedə olan şəxslər müştərilər deyil, şəriki və işçilər olmuşdur. Belə ki, hər gün saat 23:30-da işçiləri buraxaraq, kafeni bağlayır. Daha sonra şəriki ilə çörək yeyərək sabaha olan bazarlığı müəyyən edir, həmçinin haqq-hesab edərək gəlirini hesablayır. Qeyd edilən vaxt kafedə yalnız şəriki və işçiləri olduğundan, başqa müştəri qəbul etmədiklərindən, karantin rejim qaydalarını pozmadığını hesab edir. Ona görə də barəsində tərtib edilmiş protokola imza etməmiş, bununla belə Mingəçevir şəhər Polis Şöbəsində verdiyi izahatı heç bir təzyiq olmadan, sərbəst şəkildə özü yazmışdır. Odur ki, məhkəmədən əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 21.07.2021ci il tarixdə saat 00:30 radələrində Mingəçevir şəhərinin Naxçıvan küçəsində digər polis əməkdaşları Nizam Səfərli, Sənan Süleymanlı və Ruslan Mehdiyevlə birgə xidmətdə olduğu zaman həmin küçədə yerləşən “Narış” kafesinin saat 00:00-dan sonra fəaliyyət göstərməklə, Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin tələblərinin pozulduğu tərəflərindən müəyyən edilmişdir. Kafeyə daxil olarkən, müştərilərə yerində xidmət göstərildiyi məlum olmuş, həmin vaxt eyni zamanda telefonun kamerası vasitəsilə videoyazı aparılmış və şəkillər çəkilmişdir. Həmin vaxt müştərilərin əyləşdiyi masa arxasında, həmçinin inzibati məsuliyyətə cəlb etməyə imkan verən yaş həddinə çatmamış bir nəfər uşaq da olmuşdur. Daha sonra kafeni işlədən Şəxs 3 nəfər müştərisi ilə birlikdə Mingəçevir Şəhər Polis Şöbəsinə gətirmiş və bu barədə raport tərtib edərək rəhbərliyə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1, X3, X5 şahid X4 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, əmək müqaviləsi olmadan Şəxs məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Narış” və çimərlik mövsümü vaxtı dənizkənarında fəaliyyət göstərən kafelərinə bazarlıq etməkdə günəmuzd haqq müqabilində ona köməklik etməkdir. Təxminən saat 00:30 radələrində kafe sahibi Şəxs da daxil olmaqla 5 nəfərlə birlikdə yemək yeyərkən oraya polis əməkdaşları gəlmişdir. Həmin vaxt polis əməkdaşlarına kafe sahibi Şəxs tanışları olduqlarını bildirsələr də, polis əməkdaşları onları Mingəçevir Şəhər Polis Şöbəsinə gətirərək barələrində protokol tərtib ediblər. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi ödəyicisidir. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün ********** nömrəli VÖEN-i hal-hazırda aktivdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə və CD diskinə baxış keçirilən zaman müəyyən olundu ki, Hüseynov X2 şəhərinin Naxçıvan küçəsində yerləşən “Narış” kafesində saat 00:30 radələrində müştərilərə yerində xidmət göstərmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraata baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatları, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 21.07.2021-ci il tarixdə sahibkarlıq fəaliyyətini həyata keçirərkən, Azərbaycan Respublikasının daxilində elan olunmuş karantin rejiminin “ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsi” tələbinə əməl etməyərək, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən, “Narış” kafesində saat 00:30 radələrində müştərilərə yerində xidmət göstərmiş və bununla da karantin rejim qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə həmçinin, Şəxs özünü təqsirli bilməməsini inzibati məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir və onun ifadəsinə tənqidi yanaşmaqla qeyd etdikləri ilə razılaşmır. Belə ki, Şəxs özünün sərbəst çəkildə yazaraq Mingəçevir Şəhər Polis Şöbəsinə verdiyi izahatında 21.07.2021-ci il tarixdə saat 00:30 radələrində işlətdiyi “Narış” kafesinə polis əməkdaşları gələn zaman kafedə olan şəxslərin qohumu Bəhruz Heydərov və Bəhruzun dostları İkramla Mehman olduğunu, onlarla birlikdə masa arxasında əyləşərək söhbət etdiyini qeyd etmişdir. Həmçinin o, həmin izahatda gecə saat 04:00-a kimi qarovulçu kimi kafenin mühafizəsini həyata keçirdiyini bildirmişdir. Qeyd edilənlər Şəxs izahatı və ifadəsinin bir-birini inkar edib, əhəmiyyətli dərəcədə fərqlənməklə hər bir halda məsuliyyətdən azad olunmağa hesablandığını göstərir ki, bu da onun bildirdiklərinin yanlış məlumatlar olmasına dair daxili inam yaradır. Bunun davamı olaraq, məhkəmə, şahid X6 izahatına da tənqidi yanaşır və onun Şəxs işçisi olmasını inandırıcı hesab etmədiyindən, onun ifadəsini qeyd edilən hissədə nəzərə almır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin hal-hazırda qüvvədə olan “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilir ki, 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsində qeyd olunur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-618/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-618/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver